Tədbirlərin birində böyük masamızın arxasında 10 nəfər yemək yeyirdik. Üzbəüz bir incə-mincə simparişni qız çox mədəni və zərif şəkildə sağ əlində çəngəllə sol əlindəki çörəklə kömək edərək yeyirdi. Yanındakı o biri simparişni və zərif qız çəngəli sağ, bıçağı isə sol əlində sakitcə yeyirdi (solaxay deyildi). Masa arxasındakı o birilərin yarısı isə sadəcə çəngəl istifadə edirdilər. […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Mədəniyyət
İnsanı tanımaq istəyirsən, ver Bakıda maşın sürsün. #atalarsözü Insan ya mədəni olur, ya olmur. İşdə, iş görüşlərində mədəni göstəriş edənlər, amma evdə, sükan arxasında mədəniyyətsizdirsə, elə əsl üzü budur. Həmin şəxs özünü birinci halda yaxşı obrazda göstərdiyinə görə mənəvi əzab çəkir və psixoloji pozuntularla nəticələnir, getdikcə lap betər olur. Olduğun kimi ol! Ya qəbul edəcəklər, […]
Azərbaycan dilində ya bəzi sözlərin qarşılığı yoxdur yaxud çox mənasız, kobud və məntiqsiz olur. Məsələn, Hi (Hey), Salüt, Merhaba, Привет kimi dostcasına alqışlama sözünün qarşılığı yoxdur. Salam — Assalam Aleykum ifadəsinin qısaldılmış variantıdır, Türk dilində Selam’dır, Merhaba başqadır. Yaxud, Şorgöz sözü! Bu nə sözdür?! Məsələn əcnəbi dillərdə Lovelas, heartbreaker, womanizer, сердцеед, джонжуан kimi qarşılıqları var. […]
Bu gün Vladimir Leninin doğum günüdür. Sovet dövründə bu günü çox təntənəli qeyd, Uşaqlara da Leninin onların babası olmasını təşviq edirdilər. Təsəvvür edin ki, o doğulanda valideynləri necə sevinirdi ki, oğlum olub, baba-nənəsi də nəvəsinin olmasına. Amma, adam tarixə demon kimi düşdü, onillərlə Kreml Mavzoleyində ziyarətçilərə kukla kimi nümayiş etdirildi (1991-ci ildə Moskvada Çindən qonaqları […]
Yarış şəhərciyi
Formula1 bütün dünyada pərəstişkarları olan yarışdır və böyük diqqət çəkir. Neçə illərdir baş verən yarış Bakının mərkəzi küçələrində keçirildiyi üçün, mərkəz 10-12 gün bağlanır və şəhərin digər küçələrində sıxlıqlar yaranır. Neftçilər prospekti şəhərin ana yoludur, hara getsən oradan keçirsən. Əlbəttə, belə xüsusi yarış üçün qısamüddət dözmək olar, amma əksəriyyət tənqid edir, söyür, qarğış edir. F1 […]
DNTsiz kolbasa
Vallah, maraqlı adamlardı ye, bizimkilər!Kolbasa sosiskada istəyirlər ət olsun. Hətta sovetin vaxtlarında kolbasaya ətdən başqa hər şey qayırdılar, hətta karton da. Hamıda ləzzətlə yeyirdi, şikayət edən də yox idi. İndi isə şikayət edirlər ki, kolbasa və sosikalarda DNT uyğun gəlmir. Bəlkə də indi heç mal-qaranın özündə mal DNT-si yoxdur. #gülbaşımıza Qardaş, heç olmasa kartonu bol […]
Bizi emosiyalarınıza hakim olaraq gizlətməyi uşaqlıqdan öyrədirlər. İnsanın sağlığında ona heç nə demirlər, ancaq bu dünyadan köçəndən sonra başlayırlar sosial şəbəkələrdə yazmağa. Amma, həmin şəxs bunu nə eşidəcək, nə oxuyacaq, nə də hiss edəcək. Səhər yadıma bir gürcü filmi düşdü. Bir qoca kişi ölməyə hazırlaşır, qərar verir ki, hamını yığıb yas keçirsin. Stol arxasında hamıdan […]
eSim problemi
Fevralın 15-dən ölkəyə gətirilən telefonların gömrükdə bəyan edilməsi məcburiyyət səbəblərindən biri də yerli satıcıların dələduzluzluğunun nəticəsidir. Belə ki… Satıcılar telefonların IMEI qeydiyyatından keçirərkən iPhone və digər eSim olan smartfonları ikisini biri əvəzinə qeydiyyata salırlarmış (ancaq fiziki sim olan slotun IMEI-si). İndi həmin telefonlara eSim nömrəsi əlavə ediləndə yenidən qeydiyyatdan keçirmək tələbi ilə SMS gəlir. Fiziki […]
Sevgililər gününə…
O gün Netflix-də «Loving Adults» filminə baxırdım. Deməli sevgilisi kişini məcbur edir ki, arvadından boşanıb onu alsın. Kişidə arvadına deyəndə, o da başlayır onu şantaj eləməyi ki, zibillərivi bilirəm, səni polisə verəcəyəm, ya da mənə sevgilinin başını gətir. Kişi qorxusundan arvadının sözü ilə sevgilisini öldürür. Sevgililərin evli kişini boşadıb, ona ərə getmək istəyi ən axmaq […]
Aylıq abunəli tarifi
Bütün dünya neçə ildir abunə (subscriptions) üsuluna keçib, hətta avtomobildəki opsiyalar da abunə ilə satılır. Amma bizdə hələ də tətbiq edilmir, çünki biz özümüzü analoqu olmayan ölkə sayırıq. Nəqliyyatda gediş haqqının 10 qəpik artması gözlənilən haldır. Çünki, inflyasiyadır, nəqliyyat şirkətlərinin də xərcləri artır. Bunu anlamaq olar. Gediş haqqının 10 qəpik artması ondan istifadə edənlərinin büdcəsinə […]