Рубрики
Экономика

Aylıq abunəli tarifi

Bütün dünya neçə ildir abunə (subscriptions) üsuluna keçib, hətta avtomobildəki opsiyalar da abunə ilə satılır. Amma bizdə hələ də tətbiq edilmir, çünki biz özümüzü analoqu olmayan ölkə sayırıq.

Nəqliyyatda gediş haqqının 10 qəpik artması gözlənilən haldır. Çünki, inflyasiyadır, nəqliyyat şirkətlərinin də xərcləri artır. Bunu anlamaq olar.

Gediş haqqının 10 qəpik artması ondan istifadə edənlərinin büdcəsinə ciddi təsir edəcək. Orta hesabla səhər işə, axşam evə gedib-gəlirsə aya 6 manat əlavə xərc olacaq, 2 marşrut dəyişirsə 12 manat.
Dünyanın çox ölkəsində nəqliyyat ödənişi üçün sabit Aylıq ödəniş nəticəsində limitsiz gediş imkanı var. Məsələn, ayda X manat ödəyib bütün nəqliyyat növlərindən ay ərzində istifafə edir. Bunun xeyiri nədir?

Sərnişin üçün – aylıq stabil büdcədən pul ayırıb qənaət edir, hər dəfə balans artırmaq məcburiyyətində qalmır.

BakıKart üçün — hər ay müştərisindən stabil ön ödəniş alır. Məbləğ xırda-xırda deyil, birdən gəlir. Yığılan bu pul ilə əlavə gəlir əldə etmək olar. Misal üçün bankla razılaşıb, hesabındakı qalığa gündəlik faiz ala bilər. Terminal saylarının artırılmasına ehtiyac qalmır, bu da pula qənaətdir. Aylıq abunəni onlayn yaxud mobil tətbiq ilə qəbul etməyi irəli sürmək olar. Məsələn, MPAY.az tətbiqində NFC kartın balansını artırmaq olur. Onu qoşmaq olar.

Mən ABŞ-da olanda 3 il bundan öncə NFC ilə telefon yaxud bank kartından kontaktsız (xalq arasında Wi-Fi adlanır) gediş haqqını ödəyirdim.

Bu qədər müddətə BakıKart bunu tətbiq edə bilmir? Axı bunu etmək o struktur üçün o qədər də çətin deyil (atalar deməyib ki, ölümdən başqa hər şeyə çarə var!).

Bir neçə ildir QR kode ilə ödəməni anons edirlər, amma hələ də tətbiq edilmır. Vebssaytlarında yaxın zamanda mobil tətbiqin çıxmasını yazıblar. Ona pul xərcləməkdənsə bank kartının kontaksız ödəməsini tətbiq etmək daha, Apple Pay və Google Pay qoşmaq məqsədəuyğun olardı. Demək olar ki, hamının ən azı maaş kartı var.

Ölkədə yetərli qədər savadlı developerlər var. Bəs BakıKart və BNA bunu niyə etmir?

#gülbaşımıza