Рубрики
Ликбез

eSim problemi

Fevralın 15-dən ölkəyə gətirilən telefonların gömrükdə bəyan edilməsi məcburiyyət səbəblərindən biri də yerli satıcıların dələduzluzluğunun nəticəsidir.

Belə ki…

Satıcılar telefonların IMEI qeydiyyatından keçirərkən iPhone və digər eSim olan smartfonları ikisini biri əvəzinə qeydiyyata salırlarmış (ancaq fiziki sim olan slotun IMEI-si). İndi həmin telefonlara eSim nömrəsi əlavə ediləndə yenidən qeydiyyatdan keçirmək tələbi ilə SMS gəlir. Fiziki sim slot işləsə də ikinci (eSim) blok olacaq. Bəzən hər iki sim blok olur.

Bu nəinki dövlətə qarşı edilən dələsuzluqdur, həmçinin alıcının aldadılmasıdır. Çünki, heç bir satıcı bunu müştərisinə demir. Ona görə alanda telefonun IMEI-sinin ikisini də https://portal.rinn.az saytında yoxlayın. Rəsmi satıcı hesab olunanlarda da ola bilər.

Belə hal ilə qarşılaşsanız, gedin satıcının boğazından yapışın ki, qeydə salsın.