Рубрики
Мысли вслух

Sevgililər gününə…

O gün Netflix-də «Loving Adults» filminə baxırdım. Deməli sevgilisi kişini məcbur edir ki, arvadından boşanıb onu alsın. Kişidə arvadına deyəndə, o da başlayır onu şantaj eləməyi ki, zibillərivi bilirəm, səni polisə verəcəyəm, ya da mənə sevgilinin başını gətir. Kişi qorxusundan arvadının sözü ilə sevgilisini öldürür.

Sevgililərin evli kişini boşadıb, ona ərə getmək istəyi ən axmaq fikirdir.

Gənclər də belə filmlərdən sonra evlənməkdən qorxur. Çünki, hətta sevgi ilə başlayan evliliklər də sonunda düşmənçiliyə, sonra da cinayətə yaxud intiqama çevrilə bilər.

Nigahlar nə qədər adamları, ailələri, nəsilləri bir-birinə düşmən edib.

Ən yaxşısı elə sevgili olub, birlikdə vaxt keçirməkdir, evlənib zad eləməyin, özünüzə problem yaratmayın. Qadının kişiyə ən böyük sevgisi ona ərə getməməkdir.

Sevgililər gününüz mübarək! #gülbaşımıza