Рубрики
Мнение

Lenin

Bu gün Vladimir Leninin doğum günüdür. Sovet dövründə bu günü çox təntənəli qeyd, Uşaqlara da Leninin onların babası olmasını təşviq edirdilər.

Təsəvvür edin ki, o doğulanda valideynləri necə sevinirdi ki, oğlum olub, baba-nənəsi də nəvəsinin olmasına. Amma, adam tarixə demon kimi düşdü, onillərlə Kreml Mavzoleyində ziyarətçilərə kukla kimi nümayiş etdirildi (1991-ci ildə Moskvada Çindən qonaqları axtaranda, təsadüfən gedib mavzoleyə girmişdim).

Köpoğlu Volodya milyonlarla insanın ölümünə imza atıb. Çarı arvad, uşaqları ilə güllələyib (qardaşının intiqamı idi), SSRİ diktatura imperiyasını yaradıb, 70 ildə isə nə qədər insanın məhvinə yol açıb. 1920-ci ildə neftə görə XI qızıl ordunu Bakıya yeridərək nə qədər Azərbaycanlını qanına qəltan edib. Amma, gəbərənə kimi özünü yaxşı adam sayırdı, guya kasıbları ağ günə çıxarıb.

Dünyaya uşaq gətirmək asandır, amma onu yaxşı insan kimi böyütmək çətindir. Nənə-babanın sifarişi ilə uşağa sahib olmaq isə dib psixologiyadır. Hər bir valideyn anlamalıdır ki, oyuncaq yox, həyatın gedişinə, başqalarının həyatına təsir edəcək insan dünyaya gətirir.

«Ay Leylin, gorbagor olasan!» #analarsözü