Рубрики
Мнение

Emotion

Bizi emosiyalarınıza hakim olaraq gizlətməyi uşaqlıqdan öyrədirlər. İnsanın sağlığında ona heç nə demirlər, ancaq bu dünyadan köçəndən sonra başlayırlar sosial şəbəkələrdə yazmağa. Amma, həmin şəxs bunu nə eşidəcək, nə oxuyacaq, nə də hiss edəcək.

Səhər yadıma bir gürcü filmi düşdü. Bir qoca kişi ölməyə hazırlaşır, qərar verir ki, hamını yığıb yas keçirsin. Stol arxasında hamıdan xahiş edir ki, öləndən sonra deyicəyini indi öz yanında desin. Çaxırla matəm sağlıqları deməyə başlayırlar.

Uşaqlıqda baxdığım və məzəli gələn bu komediya filminin mənası yalnız 40-lardan sonra adama çatmağa başlayır. Qəşəng ideyadır.

Ona görə yaxşını da pisi də adamın üzünə sağlığında demək yaxşıdır. Əsasən də öləndən sonra pis söz demək olmaz kimi məhdudiyyət və qayda var.