Рубрики
Ликбез

Etiket

Tədbirlərin birində böyük masamızın arxasında 10 nəfər yemək yeyirdik. Üzbəüz bir incə-mincə simparişni qız çox mədəni və zərif şəkildə sağ əlində çəngəllə sol əlindəki çörəklə kömək edərək yeyirdi. Yanındakı o biri simparişni və zərif qız çəngəli sağ, bıçağı isə sol əlində sakitcə yeyirdi (solaxay deyildi). Masa arxasındakı o birilərin yarısı isə sadəcə çəngəl istifadə edirdilər. #gülbaşımıza

Uşaqlarınıza evdə etiket qaydalarını aşılayın, onlara nümunə olun ki, mənim kimi etiket düşkünləri onlar haqqında status yazmasınlar.

Çəngəl solda, bıcaq sağda olmalıdır. Ən sadə təyin etmək üsulu isə stolun üstündə hansı tərəfdə qoyulubsa o əllə götürülür. Çörək boşqabı solda, qədəh isə sağda olur. Yanınızda oturanın çörəyini əlindən almayasınız deyən bilmək vacibdir. Bunun üçün əlinizdəki baş və göstəriş barmaqları qatlayanda b — bread (çörək), d — drink (içki) alınır. #etiket

Öyrənin də, kosmosa aparmayacağam ki?!