Рубрики
Ликбез

Tədbir xərcləri

Atalar deyib ki, «xəsisin malı arvadının ikinci ərinə qalar.» Təqdimat mərasimlərində ən başlıca faktoralardan biri –YEMƏKdir. Hər şey çox yaxşı təşkil edilsə də, yemək bərbad yaxud az oldusa, bütün effekt/əziyyət ölür. Hələ də bunu sahibkar və təşkilatçılar anlamırlar. Mən dəfələrlə tədbirlər təşkil etmişəm, hər dəfə də hamı razı gedib və tədbirə tərif tərif dalınca gəlib. […]

Рубрики
Ликбез

Vape və Xərçəng

Qızlı-oğlanlı hərə əlinə alıb bi dənə elektron siqaret ki, adi papirosdan zərərsizdir. Ətrafdakılar üçün zərər olmasa da çəkənin sağlamlığına siqaret qədər ziyan vurur, bəlkə də daha betər. Araşdırma etdim. Sən demə (çünki mən deyəcəyəm), elektron siqaret qızarkən plastik insan orqanizminə zərərli olan kimyavi maddələr buraxır. O də nəfəs yolları ilə ciyərə gedir, ordan da beyinə. […]

Рубрики
Ликбез

Reseptor

Çox vaxt böyüklər deyir ki, «əvvəl hər şeyin dadı yaxşı idi, indi heşzadın keyfiyyəti yoxdur!» Məsələ ondadır ki, ağız reseptorları yaş artdıqca dəyişir və həssaslığı itir, ona görə uşaqlıqda yeyilən yeməklər daha dadlı kimi xatırlanır. Bəs sizin ən dadlı yediyiniz neçə yaşda və nə olub? P.S. Belə stəkan və nəlbəkidə uşaq vaxtı kənddə olanda çay […]

Рубрики
Ликбез

Waze kimindir?

Taksi sürücüləri arasında şayiə yayılıb ki, Waze naviqasiya tətbiqini SOCAR alıb, ona görə də uzun yolla aparır ki, yanacaq çox işlənsin. O gün yenə bunu dedilər. Mən də xırda para araşdırma etdim ki, Waze İsraildə yaradılıb, sonra isə Google onu 1.3 mlrd dollara alıb və ona hal-hazırda məxsusdur. Bilmirəm, bəlkə SOCAR Google alıb… Amma pulu […]

Рубрики
Ликбез

Etiket

Tədbirlərin birində böyük masamızın arxasında 10 nəfər yemək yeyirdik. Üzbəüz bir incə-mincə simparişni qız çox mədəni və zərif şəkildə sağ əlində çəngəllə sol əlindəki çörəklə kömək edərək yeyirdi. Yanındakı o biri simparişni və zərif qız çəngəli sağ, bıçağı isə sol əlində sakitcə yeyirdi (solaxay deyildi). Masa arxasındakı o birilərin yarısı isə sadəcə çəngəl istifadə edirdilər. […]

Рубрики
Ликбез

eSim problemi

Fevralın 15-dən ölkəyə gətirilən telefonların gömrükdə bəyan edilməsi məcburiyyət səbəblərindən biri də yerli satıcıların dələduzluzluğunun nəticəsidir. Belə ki… Satıcılar telefonların IMEI qeydiyyatından keçirərkən iPhone və digər eSim olan smartfonları ikisini biri əvəzinə qeydiyyata salırlarmış (ancaq fiziki sim olan slotun IMEI-si). İndi həmin telefonlara eSim nömrəsi əlavə ediləndə yenidən qeydiyyatdan keçirmək tələbi ilə SMS gəlir. Fiziki […]

Рубрики
Ликбез

Soyuqlar düşdü

Soyuqların düşməsi ilə əlaqədar yadıma düşdü ki, dağlarda covğundan qorunmağın ən təhlükəsiz yolu onu qarın altında keçirməkdir. İki və çox adam olduqda, çılpaq soyunub, bir-birinə sığınaraq, qucaqlaşaraq isti əşyaların altında sağ qala bilərlər. Bədən istisi hamını qızdıracaq. Hətta yuxuya getsələr də sağ qalacaqlar. Amma, tək olanda donmaq riski çox yüksəkdir. Düşünürəm ki, şaxtanın başlaması ilə […]

Рубрики
Ликбез

Papanin kimdir?

Papanin küçəsini Bakıda tanımayan yaxud eşitməyən yoxdur. Özü də adı pis çıxıb. Soruşsan az-maz adam onun kim olduğu haqqında agah olar. İvan Papanin — inqilabçı-kommunist, alim və səyyah olub. Sovet dövründə yüksək vəzifələrdə işləyib, Elmlər Akademiyasının fəxri üzvü, Arktikanı araşdıran səyyah, Kontr Admiral, 2 dəfə Sovet ittifaqı Qəhrəmanı, çox sayda orden və medalla təltif olunub. […]

Рубрики
Ликбез

Atanşiklər

O gün bir tanışım deyir ki, «heşzad yazmırsan uje deyəsən? Sənin postlarını görmürəm.» Mən də ona Like nə olduğunu başa saldım. Bəziləri düşünür ki, kiməsə like atanda minnət edir. Amma, bütün sosial şəbəkələrin süni intelekti anlayır ki, hansı mövzular atanşikə maraqlıdır, yəni zövqünü və maraqlarını öyrənir. Ona görə də ona daha maraqlı olacaq statusları göstərməyə […]

Рубрики
Ликбез

Newsboy Cap

İngiltərədə XVI əsrdə Kral trikotaj sənayesinin inkişafı olsun deyə əmr verir ki, aşağı təbəqəli kişilər istirahət və bayram günlərində başı bağlı evdən çıxmalıdır. Elə o zaman da kişilər üçün Newsboy Cap yaranır. Qısa müddət sonra bu əmri ləğv edirlər, amma hamının bu kepka o qədər ürəyinə yatır ki, moda minir. İndi də çox dəbdədir. Həmin […]