Рубрики
Мнение

Yarış şəhərciyi

Formula1 bütün dünyada pərəstişkarları olan yarışdır və böyük diqqət çəkir. Neçə illərdir baş verən yarış Bakının mərkəzi küçələrində keçirildiyi üçün, mərkəz 10-12 gün bağlanır və şəhərin digər küçələrində sıxlıqlar yaranır. Neftçilər prospekti şəhərin ana yoludur, hara getsən oradan keçirsən.

Əlbəttə, belə xüsusi yarış üçün qısamüddət dözmək olar, amma əksəriyyət tənqid edir, söyür, qarğış edir. F1 Şəhər yarışları digər ölkələrdə də olur, lakin orada şəhər əhalisi belə reaksiya vermir.

Əgər Azərbaycan avtomobil idmanında özünə yer tutmaq istəyirsə, artıq yarış üçün trek tikmək daha məqsədəuyğun olardı. Avtomobil yarışlarından ildə 3 gün deyil, il boyu ləzzət almaq olardı. Biz də gedib orada emosiyalarınızı atardıq, həm avtomobildə, həm də motosikldə (şəhərdə sürmək artıq mümkün deyil).

Oliqarxlar atışıb, Səhmdar Cəmiyyət yaradıb, xarici investorları da cəlb etməklə yarış şəhəri salmaq olardı. Həmin şəhərcikdə beynəlxalq və yerli yarışlar, avtomobil məktəbləri, drift, kartinq kurslar, restoranlar, kafelər, mağazalar, otellər, avto servislər-salonlar və sairə yeni biznes yaratmaq üçün sahibkarlara əlavə imkanlar verərdi. Səhmdarlar da dividentlər alardı.

İspaniyanın Malaqa şəhərinə yaxın yerdə belə bir şəhərcik var — Ascari Race Resort. 2012-ci ildə orada Porche Panamera GTS testlərində olmuşdum. Yaxşı da işləyirlər.

Bir gün onsuz da bunlar olacaq, amma tez başlansa yaxşı olardı, çünki inşaat da illər çəkəcək. Bir qalibiyyət də bu olardı.