O gün MPay tətbiqinin reklamını gördüm, App yüklədim və yoxladım. Xoşuma gələn o oldu ki, Azersu, Azeriqaz NFC kartlarının balansını smartfon vasitəsi ilə artırmaq olur, daha gedib Terminal axtarmırsan. Sadəcə xidməti seçib, kartı telefonun arxasına yaxınlaşdırırsan (smartfonda NFC olmalıdır və aktiv edilməlidir). Son zamanlar yerli şirkətlərin təklif etdiyi ən maraqlı tətbiqdir, mənim üçün.Tərslikdən hər iksində […]
Müflislik haqqında qanun
Dünyanın bütün sivil ölkələrindən fərqli olaraq Azərbaycan qanunlarına görə yalnız müəssisələrin müflis elan edilməsi haqqında qanun var, fiziki şəxslərin isə yoxdur. Eşitdiyimə görə Milli Məclis bu məsələyə uzun müddətdir baxır, amma hələ qərara gələ bilmir, çünki qorxurlar. Nədən? Bəlkə də qorxurlar ki, əgər bu qanun qəbul olunarsa, çox adam məhkəmələrə müflislik üçün müraciət edəcək və […]
Albert Eynşteyn
Albert Eynşteyn 4 yaşınadək danışa bilmirdi, 7 yaşına qədər oxumağı bacarmırdı və 15 yaşında hesablamağı öyrənib. Uşaq vaxtı kiçik Albert xoşagəlməyən bir həqiqəti aşkar edir: corablar çox tez aşınır və deşilir. Valideynlərinin pulu olmadığı üçün yenisini almaq olmur, vaxtları olmadığı üçün onları yamamaq imkanı da yoxdur. Albert problemə çox asan şəkildə həll tapır: corab geyinməmək […]
Problemin mənbəyi
Toylar palatkada olanda boşanmalar da az idi. Şadlıq evləri, restoranlar moda düşəndən sonra, orada toyları olanların yarısı boşanır, o biri yarısı isə boşanmaq istəyindədir. Keçən ildən boşanmaq istəyənlər məhkəməyə deyil, öncə mediatora müraciət etməlidir. Bəzi mediatorlar cütlükləri boşanmaq fikrindən döndərərək yenidən birlikdə yaşamağa sövq ediblər, bununla fəxr də edirlər ki, ailəni dağılmaqdan qorudular. Onlar yaxşılıqmı […]
TikTok haqqında
TikTok-un silinmə xəbəri haqqında son zamanlar çox sevincli statuslar oxuyuram. Bir şeylə razıyam ki, TikTok-da olanların böyük qismi səviyyəsiz videolar yerləşdirir. Amma, bu cəmiyyətin aynasıdır, deməli beləyik, həmişə də belə olub, sadəcə əvvəl görmürdük, çünki hərə öz kruqunda fırlanırdı. TikTok, ondan əvvəl Instagram, daha əvvəllər isə Facebook, hətta interneti, smartfon, kompyuteri, televizoru çıxaranların atab-atasını söyən […]
Pivə?
O gün tədbirdə 3 nəfər kişi viski içib söhbət edirik. Birdən əlində 3 pivə butulkası olan iri gözlü, gülərüz bir qəşəng qız yaxınlaşdı və bu sözləri dedi: — Kənardan baxıram ki, viski içirsiniz, səhər oyananda paxmel olmaq üçün sizə pivə hədiyyə etmək istəyirəm. Məncə, o qız ailə həyatında çox xoşbəxt olacaq, yetər ki, halal süd […]
Pozitiv həyat
Instagram-da hər gün öz şəkilini post etmək artıq vüsət halını alıb, çünki followerlər məhz şəxsi şəkilə reaksiya verir. Əlbəttə ki, şəxsi şəkil kefdə, tədbirdə, yeyib-içməkdə olanda reaksiya çox olur. Bəziləri sevindiyinə görə, kimsə paxıllıqdan, kimsə də qarşılıqlı like üçün like atır. Bunlar normal haldır, hətta yaxşıdır. Təsəvvür edin ki, kimsə xəstə olduğu haqda yazır, öz […]
İslandiyada
2010-cu ildə İslandiyaya, yeni təqdim olunan Mercedes-Benz GL-classın media testlərinə dəvət almışdıq. İslandiya adasında maşını test edərkən həm vulkanlar, həm lavanın yandırdığı səhralar, həm şəlalələr, həm də Revkyavikin yaşıllğı olan təbiətini gördük. Bəyaz gecələr olduğu üçün qaranlıq düşmürdü ki, düşmürdü. Azərbaycanlı üçün isə ən təəccüblü olan o idi ki, məhşur şəlalələr, geyzer və çayların olduğu […]
Pozitano
Bu Pozitano şəhəridir. İtaliyanın Kampaniya vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik, bir turist şəhəri. Şəhər əhalisi cəmi 4000 nəfərdir. O, Amalfi sahillərinin ən gözəl şəhəri sayılır. Əvvəl kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra, yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilib. Mifologiyaya görə Zevsin qızı, doqquz muzalardan biri Terpsixoranın […]
Whitewalls
Tarixdə bir çox dəbli əşyalar təsadüfən yaranıb. Ona görə də deyirlər ki, kəşfləri tənbəllər və xəsislər daha çox edir. 29 Mayda baş tutan retro avtomobillərin sərgisində, avtomobillərin bəzilərinin təkərlərində ağ kant görmək olardı. Bəziləri onu dekor kimi qəbul etsələr də, onun tarixi və məqsədi fərqli olub. 1970-сi illərdə Bakıda avtomobillərin təkərlərinə ağ kant taxmaq dəb […]