Рубрики
Мнение

TikTok haqqında

TikTok-un silinmə xəbəri haqqında son zamanlar çox sevincli statuslar oxuyuram. Bir şeylə razıyam ki, TikTok-da olanların böyük qismi səviyyəsiz videolar yerləşdirir. Amma, bu cəmiyyətin aynasıdır, deməli beləyik, həmişə də belə olub, sadəcə əvvəl görmürdük, çünki hərə öz kruqunda fırlanırdı.

TikTok, ondan əvvəl Instagram, daha əvvəllər isə Facebook, hətta interneti, smartfon, kompyuteri, televizoru çıxaranların atab-atasını söyən böyüklər yadınızdan çıxıb yəqin. Əsrlərlə ata-oğul problemi olub, əski nəsil yenisini anlamayıb və tənqid edib.

Bir anekdot yadıma düşür, ata oğlunu tənbeh edir:

— A bala, bu nədir qızlarla internetdə tanış olursuz,, həm da onlarla evlənirsiz. Bu cavanlar lap pozğun və tərbiyəsiz olub.

Oğul da soruşur ki:

— Ata, bəs sən ana ilə necə tanış olmusan?

— Qumarda udmuşam.

Nə demək istəyirəm? Reallığı olduğu kimi qəbul etmək lazımdır. Sizi/bizi də uşaq/gənc olanda yaşlı nəsil lap sərt tənqid edirdi.