Рубрики
Вспомнить все

İslandiyada

2010-cu ildə İslandiyaya, yeni təqdim olunan Mercedes-Benz GL-classın media testlərinə dəvət almışdıq.

İslandiya adasında maşını test edərkən həm vulkanlar, həm lavanın yandırdığı səhralar, həm şəlalələr, həm də Revkyavikin yaşıllğı olan təbiətini gördük. Bəyaz gecələr olduğu üçün qaranlıq düşmürdü ki, düşmürdü.

Azərbaycanlı üçün isə ən təəccüblü olan o idi ki, məhşur şəlalələr, geyzer və çayların olduğu parklarda bir dənə də kafe, restoran, çayxana yox idi. Ancaq dincəlmək üçün skamyalar var idi.

O vaxtlar İslandiyalı qızlarla evlənənlərə ayda 5.000 dollar vermirdilər. Yoxsa, qalıb, o parklarda çayxana-kababxana şəbəkəsi açardım.

Foto Natig Zarbaliyev