Рубрики
Мысли вслух

Pozitano

Bu Pozitano şəhəridir. İtaliyanın Kampaniya vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik, bir turist şəhəri. Şəhər əhalisi cəmi 4000 nəfərdir. O, Amalfi sahillərinin ən gözəl şəhəri sayılır.

Əvvəl kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra, yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilib.

Mifologiyaya görə Zevsin qızı, doqquz muzalardan biri Terpsixoranın qızı Siren (yarı insan yarı quş olan məxluq) Qalli adalarında oturaraq xoş nəğmələri ilə dənizçiləri valeh edib, öz «toruna» salaraq, gəmilərin adalara yan almasına təhrik edərək, onları qayalara çırparmişlar.

İtaliyada insanlar təqaüdə çıxanda, nəvə saxlayıb, uşaqlara baxmır, gedib dəniz kənarında, klublarda, kafe-restoranlarda kef edib, həyatlarının qalan qismini yaşayırlar. Daa demirəm ki, fəşn düşkünü olan italyanlar qocalanda da dəblə geyinirlər.

Təqaüdə çıxanda mən də pensiyamı alıb ora köçəcəyəm. Zevsin nəvəsi Siren mesaj yazıb ki, viza göndərəcəyəm, dur gəl.