Рубрики
Мнение

MPay

O gün MPay tətbiqinin reklamını gördüm, App yüklədim və yoxladım. Xoşuma gələn o oldu ki, Azersu, Azeriqaz NFC kartlarının balansını smartfon vasitəsi ilə artırmaq olur, daha gedib Terminal axtarmırsan.

Sadəcə xidməti seçib, kartı telefonun arxasına yaxınlaşdırırsan (smartfonda NFC olmalıdır və aktiv edilməlidir). Son zamanlar yerli şirkətlərin təklif etdiyi ən maraqlı tətbiqdir, mənim üçün.Tərslikdən hər iksində balans ya gecə, ya da səhər sübhdə bitir.

Bəlkə kimsədə eyni problem var, yararlana bilər.