Рубрики
Психология

Pozitiv həyat

Instagram-da hər gün öz şəkilini post etmək artıq vüsət halını alıb, çünki followerlər məhz şəxsi şəkilə reaksiya verir. Əlbəttə ki, şəxsi şəkil kefdə, tədbirdə, yeyib-içməkdə olanda reaksiya çox olur. Bəziləri sevindiyinə görə, kimsə paxıllıqdan, kimsə də qarşılıqlı like üçün like atır. Bunlar normal haldır, hətta yaxşıdır.

Təsəvvür edin ki, kimsə xəstə olduğu haqda yazır, öz bərbad şəkilini post edir, yaxud yazır ki, ərim/arvadım/girl-boy frendim döyüb/atıb/ölüb, yaxud banklara borcum var, amma heç nəyim yoxdur, necə verəcəyimi bilmirəm. Belə postların altında yalnız «Allah şəfa versin», «Allah səbr versin» və bu tipdə kommentlər olacaq. Çünki, sonunda sənin/mənim/bizim problemlər heç kimə lazım/maraqlı deyil. Olsa da yalnız orada-burada müzakirə mövzusu olaraq maraqlı ola bilər. Heç kim kömək göstərməyəcək, söz atıb gedəcək. Çünki, hərənin öz dərdi var, elə özünə bəs edər, noolsun ki, cool şəkillər qoyur. Özü yıxılan ağlamaz, durub üstünü təmizləyib, problemlərini həll etməyə çalışar, özünü qurban və məzlum kimi göstərməz.

Odur ki, elə sosialda yaxşı həyat imitasiya edərək, afirmasiya edin, bəlkə elə həyatınız şənliyə çevrilər. Şikayət etməklə insan özünü bədbəxt edir, başqalarını sevindirir, onlardan isə hamı uzaqlaşmağa çalışır, heç kim işə götürmək istəməyəcək. Çünki, cəmiyyətin nümunə ola biləcəyi uğurlu insanlar maraqlıdır.

Ziqmund Freyd deyib ki, İnsanı xoşbəxt etmək məqsədi dünyanın yaradılması planında olmayıb.