Рубрики
Наблюдения

Pivə?

O gün tədbirdə 3 nəfər kişi viski içib söhbət edirik. Birdən əlində 3 pivə butulkası olan iri gözlü, gülərüz bir qəşəng qız yaxınlaşdı və bu sözləri dedi:

— Kənardan baxıram ki, viski içirsiniz, səhər oyananda paxmel olmaq üçün sizə pivə hədiyyə etmək istəyirəm.

Məncə, o qız ailə həyatında çox xoşbəxt olacaq, yetər ki, halal süd əmmiş oğlan çıxsın qarşısına.

P.S. Qız Carlsbergin promotoru idi. Şəkil şərtidir.