Рубрики
Ликбез

Whitewalls

Tarixdə bir çox dəbli əşyalar təsadüfən yaranıb. Ona görə də deyirlər ki, kəşfləri tənbəllər və xəsislər daha çox edir.

29 Mayda baş tutan retro avtomobillərin sərgisində, avtomobillərin bəzilərinin təkərlərində ağ kant görmək olardı. Bəziləri onu dekor kimi qəbul etsələr də, onun tarixi və məqsədi fərqli olub.

1970-сi illərdə Bakıda avtomobillərin təkərlərinə ağ kant taxmaq dəb idi. Rezindən olan kantı şinin üzərinə əlavə olaraq taxırdılar.

Bu kantın yaranma tarixi isə 20-ci illərdə amerikan şin istehsalçılarının qənaət etmək məqsədi olub. Şinlərin xarakteristikalarını yaxşılaşdırmaq üçün onu, kauçuka oksid sink əlavə edərək hazırlayırdılar. Bu kimyavi məddə isə şinləri ağ rəng edirdi. Amma uzun ömrlü olmadığı üçün ona kül əlavə edirlər. Amma qənaət üçün onu ancaq protektor hissəsinə əlavə edirdilər. Beləliklə də şinlərin yan tərəfi ağ alınırdı. Tam qara təkərlər baha olduğu üçün daha prestijli və dözümlü sayılırdı.

40-cı illərdə oksid sink strateji xammal olduğu üçün, hərbu sənaye istifadə edirdi. Bu da defisit yaratdığı üçün, ağ kantları dekor olaraq saxlanıldı.