Azərbaycanlı ailələrdə uşaqlara bir doğulanda ad verilir, bir də ailə içərisində ləqəb qoyulur. Məsələn, ən çox yayılan «Qaqaş» sözüdür. Uşaq böyüyüb böyük kişi olur, evlənir uşaqları olur, vəzifə zad alır ya da biznes qurub böyük adam olur, amma yaxınları onu yenə də o Qaqaş çağırır. Necə deyərlər adı üstündə qalır. Sovetskidə bir qonşulamız vardı, oğlan […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Marşrut Taksi
Sovetlər vaxtı ictimai nəqliyyatda Marşrut Taksi deyilən nəqliyyat növü var idi. O avtobusla taksi arasında bir nəqliyyat vasitəsi idi. Qiyməti avtosudan baha, taksidən isə çox ucuz. Markası RAF idi, ona Rafik deyirdilər. Çox da istifadə olunurdu. 11 nəfər tutumu vardı. Amma bizim dövrümüzdə yaddan çıxıb. Tələbə olanda çox istifadə edirdim. Taksi ilə gedirəm, baxıram ki, […]
Merilin Monro style
O gün Merilin Monro barədə «Blonde» filminə baxanda maraqlı zadlar ağlıma gəldi. Merilin rolunu Ana de Armas yaxşı ifa edir. O da Norma kimi effektlidir və gözəldir. Bilmirəm, bəlkə kimin üçünsə onlar çirkindir. Nəsə, sözüm nədədir… Niyə kişilər Merilini çox sevirdi, niyə hamısının ona böyük marağı vardı? Çünki, o özünü axmaq Blonde kimi büruzə verirdi, […]
Newsboy Cap
İngiltərədə XVI əsrdə Kral trikotaj sənayesinin inkişafı olsun deyə əmr verir ki, aşağı təbəqəli kişilər istirahət və bayram günlərində başı bağlı evdən çıxmalıdır. Elə o zaman da kişilər üçün Newsboy Cap yaranır. Qısa müddət sonra bu əmri ləğv edirlər, amma hamının bu kepka o qədər ürəyinə yatır ki, moda minir. İndi də çox dəbdədir. Həmin […]
Həyatımı dəyişdim
Yay başlayanda bir az depressiv nastrayeniyam var idi. Antidepressant filan haqqında düşünürdüm, amma birdən mənə vəh gəldiki “iRam, həyatında nəyisə dəyiş!” Mən də gedib 100 dolları manata dəyişdim. Bu ilk addım oldu. Davamında, 8/16 interval aclığa (+həftədə 1 sutka açlıq, hər səhər 3-4 dəq planka) oturub 2 aya 8 kg arıqladım, saçımı qısa kəsdirdim (bu […]
Nikah müqaviləsi
Evlənəndə hamı sevinclidir. Elə ki, boşanmağa gəldi, hamı düşmən olur, especially də qaynanalar, özüdə oğlanın anası ki, «o kopak qızına heçzad vermiyəjəyəm, qoy mənim oğluma verdiyi əziyyətin əzabını çəksin…» filan. Amma, elçi gedəndə elə mülayim olur ki! Yaxşı, bəs onda niyə evlənəndə nikah müqaviləsi bağlanılmır ki, hərə öz raşotunu bilsin, qız da başa düşsün ki, […]
Nikah öncəsi
Boşanmaların sayı haqqında hamı danışır, şikayət edir, problem olduğunu etiraf edir, amma heç kim bunun həlli üçün heçnə etmir. İki nəfər elənmək qərarına gəlir yaxud valideynləri öz aralarında qərar verir, ancaq bir-birini tanımadıqlarına görə, hər şey yaxşı görünür. Lakin, hamının psixoloji travmaları var, çoxu da valideynlərin yaratdığı. Hələ, “Nə vaxt evlənəcəksən?”, “Sənin yaşıdların uşaq yiyəsidir” […]
Köhnə psixologiyası
Ö günki, ayaqqabı restavrasiyası statusuna şərh yazanların bir hissəsi öz köhnə ayaqqabısına əvəz tapa bilmir, ondan ayrılmaq istəmədiyi üçün, bərpa edib geyinir. Maraqlısı odur ki, bunu yazanlar kasıb da deyil. Hər bir əşyanın istifadə müddəti var, ayaqqabıların da. Bəzi istehsalçılar öz saytlarında bunu yazır. Məsələn, krossovkalar üçün 600 km məsafə göstərilir, çünki onun altlığı və […]
Hamı Paşinyanla məzələnir, amma onun qədər çətin vəziyyətdə olan prezident yoxdur. Bir tərəfdən Azərbaycan, Türkiyə sülhə məcbur edir, Rusiya da üz döndərib, intiqam alır, digər tərəfdən Fransa, ABŞ deyir ki, eləmə, durmuşuq dalında*, bir tərəfdən də 100 illərlə beyninə yeridiimiş erməni fanatizmi, dənizdən dənizə fake imperiya xəyalı olan xalq, onu yıxmaq istəyən müxalifət… Özü anlayır […]
İqtisadi əsarət
Erminstanla sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, işgüzar qonşuluq münasibətlərinin qurulmasının bizim sahibkarlara da böyük xeyiri olacaq. Münasibətlər normallaşanda, Azərbaycan sahibkarları üçün yeni bazar açılacaq. Söhbət tək alverdən getmir, söhbət Ermənistanda biznesə qurmaq yaxud hazır müəssələri almağı nəzərdə tuturam. Belə imkan olsa çox adam ora gedib iş quracaq. Deməyin ki, yox, heç vaxt olmayacaq. Hamı pul […]