Рубрики
Психология

Nikah öncəsi

Boşanmaların sayı haqqında hamı danışır, şikayət edir, problem olduğunu etiraf edir, amma heç kim bunun həlli üçün heçnə etmir. 

İki nəfər elənmək qərarına gəlir yaxud valideynləri öz aralarında qərar verir, ancaq bir-birini tanımadıqlarına görə, hər şey yaxşı görünür. Lakin, hamının psixoloji travmaları var, çoxu da valideynlərin yaratdığı. Hələ, “Nə vaxt evlənəcəksən?”, “Sənin yaşıdların uşaq yiyəsidir” və sairə alçaldıcı və nalayiq ifadələri demirəm. 

Qohumluq evliliklərində doğulan uşaqların genetik xəstəliklərinin qarşısını nikahdan öncə məcburi tibbi yoxlama ilə alırlar. Artıq nigah öncəsi hər iki tərəfi psixoloq və seksoloq, onların valideynlərini psixoloqlar tərəfindən yoxlama, sonra da məcburi müalicəyə göndərmək lazımdır. Toylara o qədər pullar xərclənir, bir az da psixoloqlara xərcləsinlər.

Nikahdan və boşanmadan əvvəl ailə psixoloquna, boşanandan sonra isə individual. Həmçinin, valideyn-uşaq münasibətləri, uşaq psixologiyasını öyrədən kursları keçməsini məcbur etmək lazımdır. Uşaq böyük öhdəlikdir, onun dünyaya gəlməsi nə ona, nə də valideynlərə xoşbəxtlik zəmanəti vermir. 

Bəlkə onda ailə problemlərinin böyük səviyyədə qarşısı alınar.
Eşitdiyimə görə İranda evlənməmişdən öncə kişi və qadın xüsusi kurslar keçir. Bilmirən nə qədər doğrudur, amma onlar edirsə bizdə niyə olmasın ki?! 

Gərək Milli Məclis belə qərar qəbul etsin, amma deputatlarımıza qalsa heşzad edən deyillər, gərək Yuxarıdan göstəriş gəlsin.
#gülbaşımıza