Рубрики
Ликбез

Newsboy Cap

İngiltərədə XVI əsrdə Kral trikotaj sənayesinin inkişafı olsun deyə əmr verir ki, aşağı təbəqəli kişilər istirahət və bayram günlərində başı bağlı evdən çıxmalıdır. Elə o zaman da kişilər üçün Newsboy Cap yaranır. Qısa müddət sonra bu əmri ləğv edirlər, amma hamının bu kepka o qədər ürəyinə yatır ki, moda minir. İndi də çox dəbdədir.

Həmin cap «Peaky Blinders» serialından sonra lap populyar olub. Həm də David Beckham öz «Lock & Co. Hatters» kepka kolleksiyasını sevdiyinə görə ona Beckham style Cap də deyilir. Materialının da tweed (yun) olması ən krutoyu hesab edilir.

Görəsən bizim trikotaj səneyisini qaldırmaq üçün xalxa nə geyindirmək lazımdır? #gülbaşımza

Newsboy Cap — qəzet daşıyan uşaqlar geyindiyinə görə bu adı alıb.