Рубрики
Психология

Köhnə psixologiyası

Ö günki, ayaqqabı restavrasiyası statusuna şərh yazanların bir hissəsi öz köhnə ayaqqabısına əvəz tapa bilmir, ondan ayrılmaq istəmədiyi üçün, bərpa edib geyinir. Maraqlısı odur ki, bunu yazanlar kasıb da deyil.

  1. Hər bir əşyanın istifadə müddəti var, ayaqqabıların da. Bəzi istehsalçılar öz saytlarında bunu yazır. Məsələn, krossovkalar üçün 600 km məsafə göstərilir, çünki onun altlığı və içi bu müddətdən sonra bərkiyir, effektliyini itirir, ona görə də ayağa və onurğaya zərər verə bilər. Köhnə modeli yenisi ilə əvəz eləmək lazımdır, çünki yeni model daha yaxşıdır, texnologiyalar bir yerdə dayanmır. Bəlkə xəbəriniz yoxdur, amma ayaqqabının insan sağlamlığına çox böyük təsiri var. Təsəvvür etmirsiniz, bu nə qədər dərin mövzudur, ayaqlarımda problemlər olduğu üçün bunu dərin araşdırıram.
  2. Həyatda əşyalara bağlanmaq psixoloji cəhətdən yaxşı hal deyil. Hətta psixoloqlar deyir ki, köhnə əşyanı bərpa edib uzun müddət istifadə etmək insanda kasıb psixologiyası yaradır. Əşyalara bağlılıq isə uşaqlıqdakı travmatik hadisələrlə bağlıdır.
  3. Həmçinin psixoloqlar göstərir ki, shopping gözəl antidepressantdır, insanın özgüvənini artırır və xoşbəxlik qarmonunu yaradır.
  4. Ölkə və dünya iqtisadiyyatının inkşaf etməsi üçün insanlar pul xərcləməlidirlər. Deyəlim ki, ayaqqabını bərpa edəndə 20-50 manat xərclənir, yenisini alanda isə 200+. İqtisadçıların hesablamalarına görə birinci halda ölkə iqtisadiyyartı, təxmini, həmin gün 250 manat böyüyür, ikinci halda (yenisini alanda) 2.000+.

Ona görə də Azərbaycanın iqtisadiyyatı çox ləng böyüyür və inkşaf edir. Dolayı yolla günahkarlarından biri də həmin, yuxarıda göstərdiklərimdir.