Yay başlayanda bir az depressiv nastrayeniyam var idi. Antidepressant filan haqqında düşünürdüm, amma birdən mənə vəh gəldiki “iRam, həyatında nəyisə dəyiş!” Mən də gedib 100 dolları manata dəyişdim. Bu ilk addım oldu.
Davamında, 8/16 interval aclığa (+həftədə 1 sutka açlıq, hər səhər 3-4 dəq planka) oturub 2 aya 8 kg arıqladım, saçımı qısa kəsdirdim (bu da işləyirmiş) və smart saatımı sol qoldan sağ qola keçirməyə qərar verdim.
Oxumuşdum ki, saat sol qolda olanda zaman səni kontrol edir, sağda olanda isə sən zamanı, həm də əgər insan tez-tez sağa baxırsa, onda o gələcəklə yaşayır, keçmişlə deyil, tez və düzgün qərar qəbul edir, həmçinin stressi daha rahat keçirir. Mən də saatı keçirdim sağ tərəfə. Amma hər dəfə diskomfort yaşayırdım, çünki şüurlatındakı proqrama görə saatın yeri sol idi.
Həyatda hər bir problemin həlli yolu var, mən də başladım düşünməyə (Allah beyini və şüuru insana verib ki, düşünsün) ki, necə öz başımdakı proqramı aldadım.
Yadıma düşdü ki, 8 il əvvəl mənə bir amerkanski rəfiqəm Amerikan Hindularının handmade dəri-metal qolbağını bağışlamışdı, özü də babalarının ruhunu o qolbağa qoymuşdular. Onu saat yerinə sola taxdım, saatı sağa. 2 gün ərzində adaptasiya başladı və 1 həftə sonra bu normal hala çevrildi, həyatımda da dəyişiklər oldu. Həm də sutkada vaxtım uzundı, çünki 2 saat az yatıram və bu bəs edir.
Bizə inam lazımdır, onu isə belə xırda dəyişiklərlə yaratmaq olur, əsas odur ki, ona inanasan. Maraqlısı isə odur ki, insanlar cadukarlara inanırlar, amma energetikaya, şüuralrına deyil. Psixoloqlar hamısı İnstagramda guya motivasiya verir ki, həyatınızı dəyişin, amma heç biri demir ki, dəyişmək üçün əvvəl uşaqlıq travmalarını şüuarltından təmizləmək lazımdır, sonra isə dəyişiklik etmək. #gülbaşımıza
P.S. İnsanı məhv edən keçmişdə etdiyi səhvlərdir (məndə də onlar bir kitab), ona görə onları dərs kimi qəbul edib, bu günlə yaşayıb, gələcəyi düşünmək lazımdır.
#rmblog #lifestyleblogger #life #motivation #men #watch #smartwatch #tatoo #restaurant
Рубрики