Рубрики
Экономика

İqtisadi əsarət

Erminstanla sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması, işgüzar qonşuluq münasibətlərinin qurulmasının bizim sahibkarlara da böyük xeyiri olacaq.

Münasibətlər normallaşanda, Azərbaycan sahibkarları üçün yeni bazar açılacaq. Söhbət tək alverdən getmir, söhbət Ermənistanda biznesə qurmaq yaxud hazır müəssələri almağı nəzərdə tuturam. Belə imkan olsa çox adam ora gedib iş quracaq. Deməyin ki, yox, heç vaxt olmayacaq. Hamı pul qazanmaq istəyir, iqtisadiyyatı zəif olan ölkə bunun üçün gözəl imkandır. Bunun olacağı labüddür. Roma imperatoru Vespesianım oğluna dediyi «pecunia non olet», yəni pulun iyi olmur, bu yerdə öz yerini tapar.

Amma, bir məsələ var ki, bu imkan düşən kimi türklər ora cumacaqlar, çünki onlar belə işlərdə çox hiyləgər və uzaqgörəndilər. Gedib qaymağı yığacaqlar.

Bu Türkiyə və Azərbaycanın Ermənistanı öz nəzarətinə almasına yola aça bilər, yəni pul və iqtisadi yolla. Tarix boyu dəfələrlə Çexiyanı hərbi yolla zəbt etmək istəyən Almaniya 90-larda böyük investsisyalarla köhnə zavod və fabrikaları alıb, ölkəni iqtisadi əsarətdə saxlayır, həm də yaxşı pul qazanır.