Рубрики
Психология

Ad vs ləqəb

Azərbaycanlı ailələrdə uşaqlara bir doğulanda ad verilir, bir də ailə içərisində ləqəb qoyulur. Məsələn, ən çox yayılan «Qaqaş» sözüdür. Uşaq böyüyüb böyük kişi olur, evlənir uşaqları olur, vəzifə zad alır ya da biznes qurub böyük adam olur, amma yaxınları onu yenə də o Qaqaş çağırır. Necə deyərlər adı üstündə qalır.

Sovetskidə bir qonşulamız vardı, oğlan uşağına Kukla deyə çağırırdılar, yəni onların gözündə kukla kimi gözəl idi, kuklalıq bir şey olmasa da, böyüyəndə brutal görünüşü vardı. Adam böyüyüb 30 yaşa çatmışdı hamı ona Kukla deyirdi, heç həqiqi adını bilmirdim. Özü də öyrəşmişdi. İndi yəqin 60 yaşı olar, nəvələri də ona Kukla baba, plemyannikləri isə Kukla əmi/dayı deyirlər.

Bu yerdə Psixoloqlar sazı alıb deyir ki, insanın dünyada ən çox sevdiyi və tez-tez eşitmək istədiyi söz – adıdır (istisna hallarda öz adını sevməyənlər də var).

Hər bir valideyn öz uşağını sevir, ona beşikdən öz adını deyin, gic-gic adlar qoymayın, öz güvənini öldürməyin. Kraynyak öz adının qısaldılmış variantını demək olar.

#gülbaşımıza #adınanböyüsün