Evlənəndə hamı sevinclidir. Elə ki, boşanmağa gəldi, hamı düşmən olur, especially də qaynanalar, özüdə oğlanın anası ki, «o kopak qızına heçzad vermiyəjəyəm, qoy mənim oğluma verdiyi əziyyətin əzabını çəksin…» filan. Amma, elçi gedəndə elə mülayim olur ki!
Yaxşı, bəs onda niyə evlənəndə nikah müqaviləsi bağlanılmır ki, hərə öz raşotunu bilsin, qız da başa düşsün ki, özünü pis aparsa, heçnə almayacaq, yaxud müqavilədə olanı olacaq? Guya utanırlar ki, qarşı tərəf nəsə pis şey fikirlərşər, amma sonradan «saçyolduya» çıxanda nəsə bunu heç fikirləşən olmur.
Öyrənin də, kosmosa aparmayacağam ki?! #gülbaşımıza
°°°°°
Bəs bu müqavilə nədir?
Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.
Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.
Ər və arvadın birgə mülkiyyəti
Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır.