Рубрики
Вспомнить все

İslandiyada

2010-cu ildə İslandiyaya, yeni təqdim olunan Mercedes-Benz GL-classın media testlərinə dəvət almışdıq. İslandiya adasında maşını test edərkən həm vulkanlar, həm lavanın yandırdığı səhralar, həm şəlalələr, həm də Revkyavikin yaşıllğı olan təbiətini gördük. Bəyaz gecələr olduğu üçün qaranlıq düşmürdü ki, düşmürdü. Azərbaycanlı üçün isə ən təəccüblü olan o idi ki, məhşur şəlalələr, geyzer və çayların olduğu […]

Рубрики
Мысли вслух

Pozitano

Bu Pozitano şəhəridir. İtaliyanın Kampaniya vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik, bir turist şəhəri. Şəhər əhalisi cəmi 4000 nəfərdir. O, Amalfi sahillərinin ən gözəl şəhəri sayılır. Əvvəl kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra, yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilib. Mifologiyaya görə Zevsin qızı, doqquz muzalardan biri Terpsixoranın […]

Рубрики
Ликбез

Whitewalls

Tarixdə bir çox dəbli əşyalar təsadüfən yaranıb. Ona görə də deyirlər ki, kəşfləri tənbəllər və xəsislər daha çox edir. 29 Mayda baş tutan retro avtomobillərin sərgisində, avtomobillərin bəzilərinin təkərlərində ağ kant görmək olardı. Bəziləri onu dekor kimi qəbul etsələr də, onun tarixi və məqsədi fərqli olub. 1970-сi illərdə Bakıda avtomobillərin təkərlərinə ağ kant taxmaq dəb […]

Рубрики
Психология

Uşaqlıq travması

Uşaqlar 3-5 yaş arasında çoxlu suallar verirlər ki, məlumat toplasınlar. Bu yaşda valideynlər onların suallarına cavab verərək, intelektinin yüksəlməsinə kömək etməlidir. Amma, çox valideynlər uşağı ya yola verir, ya da əsəbləşib qovlayır ki, işdən gəlmişəm/ev işlərindən yorulmuşam. Həmin uşaqlar böyüyür, amma suallara hələ də cavab axtarmağa davam edirlər. Ona görə sualları hər gün Facebook-da post […]

Рубрики
Психология

Kontuziya

Uşaq olanda Televizoru, maqnitofonu (o vaxt playerlər və qulaqlıqlar yox idi) yüksək səslə dinləyəndə, böyüklər “iBala, başımız getdi, səsini al!” deyirdilər. İndi başa düşürəm ki, bu nə deməkdir, sakitlik — hüzurvericidir. Bəlkə də qocalıq əlamətidir. Amma özümə ürək-dirək verirəm ki, bu kontuziyanın fəsadlarıdır. Çünki, MRT-dən sonra həkim dedi ki, beynim özümdən 10-12 yaş daha yaşlıdır […]

Рубрики
О разном

Lyuks həbsxana

Danimarkada 160 milyon dollara sərt rejim həbsxana yaradılıb. Ona “komfortlu dustaqxana” adı qoyulub. Məqsədi isə cinayətkarların rahat yaşayaraq bir daha cinayət işləmək fikrindən uzaq olmasıdır. Həmçinin həbsdən çıxandan sonra cəmiyyətə inteqrasiyası asan olsun deyə belə həbsxanaların olmasını daha effektiv sayırlar. Həbsxanada olanların otaqlarında soyuducu, şkaflar, yataq və televizor var. Dustaqlar binanın daxilində rahat hərəkət edə […]

Рубрики
Кино

Film və həyat

Real hadisələr üzərində qurulan seriallara baxırsan, bir nəfər ölür, səbəbini axtaranda o qədər zir-zibil açılır ki, hamı biabır olur, kimsə intihar edir, kimisə öldürürlər. Ona görə Azərbaycanda adam öləndə 1 günə dəfn edirlər ki, pox-püsür ortaya çıxmasın. Xalx nə deyər! Stalinin sözü olmasın «Net çeloveka, net problem». Düzünü elə bizdə edirlər.

Рубрики
Sticker

#85işarə

Xəyanət insan yaranandan mövcuddur. Amma yüksək mobil texnologiyaların inkişafı keçmişdən fərqli olaraq xəyanəti videoya çəkib internetdə paylaşmağa imkan verir. #hightech

Рубрики
Наблюдения

İngilis dilini öyrənin

Üstündə xarici dildə yazılar olan t-shirtlarlə ehtiyatlı olmaq lazımdır. Bayaq başı aşağı orta yaşlı qadın gördüm, şəkildəki maykanı geyinmişdi. Üzündən görünürdü ki, nə yazıldığından xəbəri yoxdur. Ona görə ingilis dilini öyrənin.

Рубрики
Мысли вслух

Sonrakı peşmançılıq

Hərdən peşmançılıq çəkirəm ki, niyə mən tupoy doğulmamışam. Nəyimə gərəkdir intelekt, oxuduğum kitablar, 2 iqtisadi ali təhsil, o qədər iş təcrübəsi, məntiqi düşünmə?! Yazdığım postları çoxmənalı, yumor və sarkazmla, söz soxmaqla yazıram, amma çox adam bunları görmür, tam başqa mənada, həm də çox mənasız yozur, hətta mənə qarşı istifadə etmək istəyənlərdə olur. İtirdiyim o 5-10 […]