Рубрики
Психология

Kontuziya

Uşaq olanda Televizoru, maqnitofonu (o vaxt playerlər və qulaqlıqlar yox idi) yüksək səslə dinləyəndə, böyüklər “iBala, başımız getdi, səsini al!” deyirdilər. İndi başa düşürəm ki, bu nə deməkdir, sakitlik — hüzurvericidir. Bəlkə də qocalıq əlamətidir.

Amma özümə ürək-dirək verirəm ki, bu kontuziyanın fəsadlarıdır. Çünki, MRT-dən sonra həkim dedi ki, beynim özümdən 10-12 yaş daha yaşlıdır (travmaya görə), beyin attrafiyası var.

Artıq elmi araşdırmalar sübüt edir ki, kontuziya alan insan tam dəyişir və başqa adam olur. Amma, ətrafdakılar bunu bilmədiyi üçün həmin şəxsdən (əvvəlkindən fərqli olduğu üçün) inciyir, onu anlamır, hətta bəzi hallarda buna görə intiqam da alır, çünki əvvəlki kimi istədiyini əldə edə bilmir.

Onu bilmək lazımdır ki, belə hallarda həmin şəxsə “evolyusiya”sında dəstək olmaq, anlayışla yanaşmaq lazımdır. Əgər bacarmırsansa, uzaq dur, mane olma. Çünki, bu “yara” heç zaman sağalmır, təki stress yaşamasın.

Kontuzya həyatını səhv yaşayan insanlarda baş verir. Çünki daha öncəki işarələri (oxu — yaranmış problemləri) qavramır. Lakin, baş travması aldıqdan sonra anlmağa başlayır, bir çox hallarda həyatını dəyişir.

Həyatda yaranan çətinliklər, problemlər səhv yolla getdiyimiz anlamına gəlir. Həyatda yaxşı şeylər asan və rahat əldə olunanlardır.

Bununla necə mübarizə aparmağın yolları haqqında gələn dəfə…