Рубрики
Мысли вслух

Sonrakı peşmançılıq

Hərdən peşmançılıq çəkirəm ki, niyə mən tupoy doğulmamışam. Nəyimə gərəkdir intelekt, oxuduğum kitablar, 2 iqtisadi ali təhsil, o qədər iş təcrübəsi, məntiqi düşünmə?!

Yazdığım postları çoxmənalı, yumor və sarkazmla, söz soxmaqla yazıram, amma çox adam bunları görmür, tam başqa mənada, həm də çox mənasız yozur, hətta mənə qarşı istifadə etmək istəyənlərdə olur.

İtirdiyim o 5-10 dəqiqəyə heyifim gəlir. Həmin 10 dəqiqəyə qəhvə bişirib, içsəm bəlkə daha xeyirli olar. Çünki, qəhvə onkoloji xəstəlik riskini azaldır. Amma, iş ondadır ki, bəzən adamı xəstəlik yox, bəd düşüncələr öldürür.

Yaşa dolduqca Kefli İskəndəri («Ölülər» əsərinin qəhrəmanı) daha yaxşı başa düşürəm. Fərqimiz odur ki, K.İ. ucuz şərab içirdi, mən isə keyfiyyətli Viski içirəm. Yaxşı Viski elə bahadır ki, adam alkoqolik də ola bilmir.