Almayacaqdınsa, niyə evə çatanda xəbər elə dedin? – iOS 17-nin Azərbaycanda yeni sloqanı ola bilər. iOS17-də avtomatik Check-in funksiyası olacaq. Messages tətbiqində mənzil başına çatanda özü avtomatik mesaj göndərəcək ki, «çatdım», vaxtını və lokeyşn də əlavə edəcək. Bizim kişilərin ən çox sevəcəyi funksiya olacaq. iPhone Messages app-in o qədər fantastik funksiyaları var, amma bizdə demək […]
Manipulyasiya
Bayaq maşında gedəndə radioda Faiq Ağayevin bir mahnısını dinləyirdim, deyir:Zavallı eşqimdən sanki bezirsən Mənim taqətimi niyə kəsirsən? Səni sevdiyimi, vallah, bilirsən! Allahı sevirsən, ayrılma məndən! Axırıncı sətir qəşəng manipulyasiya metodudur: Allahı sevirsən, nömrəni ver… Allahı sevirsən, svidaniyaya gəl… Allahı sevirsən, atkaz eləmə… və bu növ ifadələrdən istifadə etmək olar. Mahnının sözləri: Könül Nazimqızı
Yerli Marketinq
Yerli şirkətlərin əksəriyyəti bonus sistemini pis manipulyasiya əsasında yaradır. Biznesin qanunlarından biri də müştərini aldatma, çünki etibarının itirənlərin faciəvi sonu olur. Ölkədə biznes aldatma və pis manipulyasiya üzərində qurulur. Çünki, cəmiyyət yalan danışmağa, aldatmağa və aldadılmağa üstünlük verir. Çox da desinlər ki, “həqiqəti bilmək istəyirəm!” Bəlkə də sahibkar və rəhbərlərin uşaqlıqdan eşitdiyi “Kimi tikək, qabaq […]
Şəhərdə yeni parklanma qaydaları tətbiq edilməyə başlayıb. Fikir vermisinizsə, park üçün yerləri xətləyirlər, yeni işarələr qoyulur. Qaydalara görə 15 dəqiqə, axşam 22:00 səhər 07:00 arası, bazar günləri pulsuz, pullu olanlar isə tətbiq vasitəsi ilə ödəlinəcək. Lakin, sual yaranır. Parkovşiklərin orada dayanması olacaqmı? İndiyənədək BNA yazırdı ki, pulsuzdur, amma pul yığılırdı. Pulsuz olan vaxtlar da onlara […]
Taksi qiymətləri qalxdı
AYNA taksi xidməti göstərən şirkətləri minimal ödəniş həddini yüksəltməyə məcbur etdi. Deyirlənə görə bu gündən minimal gediş haqqı 2.5 manat olacaq, əvvəl 1 manat idi. Həmçinin, əcnəbi aqreqatorlar subsidiyanı dayandırmalıdırlar. Səbəb olaraq taksi sürücülərinin şikayəti, avtomobillərin köhnə və nasaz olması göstərilir. Belə görürəm ki, sürücülər üçün dəyişən bir şey olmayacaq, avtomobilillər də dəyişməyəcək. Yeniliklərin baş […]
Şort olmaz?
Dünən bir fb friend post yazıb ki, İnşaat Universitetinə onu şort geyindiyinə görə buraxmayıblar. Bu nə qayalardır?! Məktəbdə və Univerdə oxuyan vaxtıarımızda elə bil əskərlikdəsən, düpədüz oturmalıyıdın. Sonra getdim Türkiyəyə oxumağa. Orada bizə dedilər ki, necə istəyirsən otur, istəyirsən uzan, nə geyinirsən-geyin, amma sənə verilən məlumatı qavra. Oxuduğum İqtisad Universitetindən fərqli olaraq ən böyük təhsili […]
Dost?
Dost dar gündə tanınar. (Yuliy Sezar)* Əgər insanlar dostıuğa dəyər versəydilər bir-birini söymək üçün köpəyoğlu, it, eşşək, eşşək oğlu kimi insana dost olan heyvanların adları ilə təhqir etməzdilər. Köpəklər (it) insana ən çox sadiq olan heyvandır, sahibini qorumaq üçün özünü canavarın, pələngin üstünə atır. Uzunqulaq (eşşək) insana kömək edən, zəhmətkeş, ağıllı və sadiq ev heyvanıdır. […]
Gül ki, güləsən
Əgər insan gülərkən gözündən yaş gəlirsə, bu o dəməkdir ki, ürəkdən gülür. Sən demə (mən deyəcəyəm) gözü yaşlı gülərkən göz yaşı ilə stress qarmonları çıxır, endorfin ifraz olunur, üzün azı 15 əzələsi hərəkət edir və nəfəs boruları təmizlənir. Bunlar da immun sisteminə və ümumi sağlamlığa pozitiv təsir göstərir. Həm də insan özünü xoşbəxt hiss etməyə […]
Yerli biznesin ən başlıca problemlərindən biri mütəxəssisə dəyər verilməməsidir. Sahibkarların əksəriyyəti mütəxəssis yüksək məvacib istədiyi üçün onu işə qəbul etməyib, daha ucuz işci axtarır. Hamı da bilir (amma bilməyənlər də az deyil) ki, ucuz ətin şorbası da ucuz olur. Nəticədə, rəhbər bütün qərarları özü vermək, hər prossesi nəzarətdə saxlamaq, hamını yoxlamaq məcburiyyətində qalır, tabeçiliyində olan […]
Yeni Sosial Şəbəkə
Anton Pabloviç Çexov deyib ki, «Müxtəsərlik istedadın bajısıdı». O gün yığıncaqda bir sual vermişdilər, mən də 2 dəqiqə düşünüb, bütün cavabı 1 cümləyə yerləşdirib dedim. Digəri isə eyni məlumatı 5 dəqiqə ərzində uzun-uzadı cavabladı, ürəyimiz çəkildi. Məsləhət: nəyisə deməkdən öncə düşünüb fikri düzgün formalaşdırmaq, sonra demək laızmıdır. Meta-nın yeni Threads səbəkəsi də Müxtəsərlik üzərində qurulub, […]