Рубрики
Наблюдения

Şort olmaz?

Dünən bir fb friend post yazıb ki, İnşaat Universitetinə onu şort geyindiyinə görə buraxmayıblar. Bu nə qayalardır?!

Məktəbdə və Univerdə oxuyan vaxtıarımızda elə bil əskərlikdəsən, düpədüz oturmalıyıdın. Sonra getdim Türkiyəyə oxumağa. Orada bizə dedilər ki, necə istəyirsən otur, istəyirsən uzan, nə geyinirsən-geyin, amma sənə verilən məlumatı qavra.

Oxuduğum İqtisad Universitetindən fərqli olaraq ən böyük təhsili İstanbulda olarkən aldım. Müəllimlərlə də çox sadə və dostcasına münasibətimiz vardı.

Tələbə üçün geyim məhdudiyyəti olmamalıdır. Olsa da hansısa xüsusi tədbirlərə qoyulmalıdır.

Bir Britaniya Universitetində tədbirlərə tələbəlır pencək, köynək, qalstuk və şortla gəlirlər. Səbəbi də qaydalara görə pencək, köynək və qalstukun olması tələbidir. Amma, şalvar haqqında heç bir qayda olmadığına görə belə geyinirlər. Çünki, parkda çəmənlikdə oturmaq daha rahat olur.

Düşünürsən ki, köhnə nəsil gedəndən sonra hər şey dəyişər, amma yenisi də o düşüncə ilə böyüyür. #gülbaşımıza