Рубрики
Экономика

Yerli Marketinq

Yerli şirkətlərin əksəriyyəti bonus sistemini pis manipulyasiya əsasında yaradır. Biznesin qanunlarından biri də müştərini aldatma, çünki etibarının itirənlərin faciəvi sonu olur.

Ölkədə biznes aldatma və pis manipulyasiya üzərində qurulur. Çünki, cəmiyyət yalan danışmağa, aldatmağa və aldadılmağa üstünlük verir. Çox da desinlər ki, “həqiqəti bilmək istəyirəm!” Bəlkə də sahibkar və rəhbərlərin uşaqlıqdan eşitdiyi “Kimi tikək, qabaq düşək” ifadəsi isə böyüməsidir.

Məsələn, bəzi marketlərdə bonuslar yalnız 10 manatdan yuxarı olan alışdan hesablanır. 9,90 manat olsa bonus hesablanmayacaq. Amma, kassir hər dəfə bonus kartı soruşur, müştəri də baxmadan elə bilir ki, bonus gəldi. Deyəndəki, iBala onusda 10-dan aşağıdır, mənasız niyə soruşursan, inciyir. O gün marketdə baxıram ki, o qədər diqqətsiz və laqeyd yanaşıblar ki, endirim yazıblar, amma köhnə qiyməti yadlarından çıxıb çıxartmaq. Deməli, endirimli qiymət əvvəlkindən yüksəkdir!

Hesab.az saytından bir vaxtlar istifadə edirdim, 1.206.533 bonus toplanıb. 1 milyin 200 min! Necə də sevindirici rəqəmdir, amma onlar kiçik endirimlərdən başqa heç nə vermir. Bir dəfə Yandex+ 3 aylıq abunəlik aldım, onu elə saytın özündə də təklif edirlər. Bir dəfə də bəxtim gətirdi, diş daşlarını təmizlədim, bonus hesabına. Eyni xidmətdən bonus ilə ikinci dəfə istifadə etmək olmaz. Heşzad.

Artıq bankların təklif etdiyi cashback real pul qaytarır. Umico da sərfəlidir, çünki bonuslar manatladır, istifadə etmək olur.

Bu qədər rəqabət olduğu halda şirkətlərin marketoloqları hara baxır, görəsən?! Yəqin TikTok-a baxıb, gic-gic videolara gülürlər.

Şirkətlərdə bu qədər əməkdaş saxlamaqdansa Reklam Agentlikləri və biznes konsultantları müraciət edərək maraqlı və müştərilərdə etibar yaradacaq, cəlb edəcək real təkliflər vermək lazımdır, aldatmaq yox. #gülbaşımıza

25 il əvvəl bir kitab oxumuşdum. Orada müştəriləri aldadan və səhvini etiraf etməyən şirkətlərin sonu və doğrü hərəkət edənlərin isə daha da uğurlu olması haqqında idi. Belə baxanda o ABŞ və Avropada olub, bizdə isə yalana hamı öyrəşib.