Рубрики
Мнение

Taksi qiymətləri qalxdı

AYNA taksi xidməti göstərən şirkətləri minimal ödəniş həddini yüksəltməyə məcbur etdi.

Deyirlənə görə bu gündən minimal gediş haqqı 2.5 manat olacaq, əvvəl 1 manat idi. Həmçinin, əcnəbi aqreqatorlar subsidiyanı dayandırmalıdırlar. Səbəb olaraq taksi sürücülərinin şikayəti, avtomobillərin köhnə və nasaz olması göstərilir.

Belə görürəm ki, sürücülər üçün dəyişən bir şey olmayacaq, avtomobilillər də dəyişməyəcək.

Yeniliklərin baş verməsi üçün taksidə istifadə olunan avtomobillərə minimal tələblər qoyulmalıdır, vaxtaşırı texniki baxış keçməlidirlər, sürücü üçün isə gündə max 10 saat iş rejimi tətbiq olunmalıdır, hər ay tibbi, narkoloji və psixoloji müayinədən keçməlidirlər. Onda da sürücülər lap narazı olacaqlar.

Qiymət qalxmaqla problemlər həll olmur. Avtomobillərə gömrük haqqı və yanacaq qiyməti yüksəlir, amma onların sayı azalırmı?