Рубрики
Мнение

EV-lərin gələcəyi

Elektrik avtomobillərinin satışının atmaması səbəbi kimi elektrik doldurma nöqtələrinin olmaması kimi göstərilirdi. Stansiyaların da az olmasının səbəbi elektromobillərin sayının az olması idi. Yəni, çıxılmaz dairə. Amma…

Son zamanlar elektrik doldurma charge box-ları təklif edən çoxsayda şirkətlər yaranıb. Yeni biznes növü kimi sürətlə artır. Çünki, bizdə bir az uğurlu və yeni olanları təkrar edənlər çoxdur. Lakin, bunun sayəsində yaxında ölkənin hər yerində stansiyalar olacaq. Yerli istehsal da var. 

Amma, problem odur ki, elektromobillərin satışının bu qədər sürətlə artmayacağıdır. Stansiyaları qurub, zərərlə işləyənlər çox olacaq. Bir müddətdən sonra isə onları çox ucuz qiymətə alıb, yaxşı şəbəkə yaratmaq olar. 

Elə o vaxtada EV satışları artmağa başlayacaq. Amma bunun üçün çox zaman lazımdır. Takşto, pul yığmağa yetərli zaman var.