Рубрики
Психология

Dost?

Dost dar gündə tanınar. (Yuliy Sezar)*

Əgər insanlar dostıuğa dəyər versəydilər bir-birini söymək üçün köpəyoğlu, it, eşşək, eşşək oğlu kimi insana dost olan heyvanların adları ilə təhqir etməzdilər.

Köpəklər (it) insana ən çox sadiq olan heyvandır, sahibini qorumaq üçün özünü canavarın, pələngin üstünə atır. Uzunqulaq (eşşək) insana kömək edən, zəhmətkeş, ağıllı və sadiq ev heyvanıdır. Arpa və su müqabilində hər iş görür. Nə maaş istəyir, nə əmək müqaviləsi, nə də sosial paket.

Amma, qadınlara – heç bir xeyiri olmayan Pişik, Məstan, Ceyran, Maral, kişilərə şir, pələng, canavar kimi yırtıcıları heyvanları tərif şəkilində deyirlər.

Daha bundan sonra nə gözləmək olar ki?! #gülbaşımııza

Ona görə də “dost”lar çox zaman dar gündən istifadə edərək illərlə topladığı kini həyata keçirərək Dost adlandırdığını məhv etməyə çalışır. Ona görə dostlarla sərxoş olana kimi içib, ürəklərini açdırmaq lazımdır ki, orada kin-küdurət qalmasın, açıb töksün ortaya.

Yuliy Sezar öz oğlu kimi dəyər verdiyi (azərbaycanlılarda — çox istədiyi) Brut onu bıcaqlayanların arasında görəndə, ölümə görə deyil, ona dəyər verdiyinə, daydaylıq etdiyinə və qədiraiz olduğuna görə məyus, peşman olmuşdu və son sözləri «Ala, sən də nankor Brut. Haram olsun sənə elədiyim yaxşılıqlar!»