Рубрики
Мысли вслух

Manipulyasiya

Bayaq maşında gedəndə radioda Faiq Ağayevin bir mahnısını dinləyirdim, deyir:
Zavallı eşqimdən sanki bezirsən
Mənim taqətimi niyə kəsirsən?
Səni sevdiyimi, vallah, bilirsən!
Allahı sevirsən, ayrılma məndən!

Axırıncı sətir qəşəng manipulyasiya metodudur:
Allahı sevirsən, nömrəni ver…
Allahı sevirsən, svidaniyaya gəl…
Allahı sevirsən, atkaz eləmə…
və bu növ ifadələrdən istifadə etmək olar. 

Mahnının sözləri: Könül Nazimqızı