Azərbaycanlı ailələrdə uşaqlara bir doğulanda ad verilir, bir də ailə içərisində ləqəb qoyulur. Məsələn, ən çox yayılan «Qaqaş» sözüdür. Uşaq böyüyüb böyük kişi olur, evlənir uşaqları olur, vəzifə zad alır ya da biznes qurub böyük adam olur, amma yaxınları onu yenə də o Qaqaş çağırır. Necə deyərlər adı üstündə qalır. Sovetskidə bir qonşulamız vardı, oğlan […]
Рубрика: Психология
Həyatımı dəyişdim
Yay başlayanda bir az depressiv nastrayeniyam var idi. Antidepressant filan haqqında düşünürdüm, amma birdən mənə vəh gəldiki “iRam, həyatında nəyisə dəyiş!” Mən də gedib 100 dolları manata dəyişdim. Bu ilk addım oldu. Davamında, 8/16 interval aclığa (+həftədə 1 sutka açlıq, hər səhər 3-4 dəq planka) oturub 2 aya 8 kg arıqladım, saçımı qısa kəsdirdim (bu […]
Nikah öncəsi
Boşanmaların sayı haqqında hamı danışır, şikayət edir, problem olduğunu etiraf edir, amma heç kim bunun həlli üçün heçnə etmir. İki nəfər elənmək qərarına gəlir yaxud valideynləri öz aralarında qərar verir, ancaq bir-birini tanımadıqlarına görə, hər şey yaxşı görünür. Lakin, hamının psixoloji travmaları var, çoxu da valideynlərin yaratdığı. Hələ, “Nə vaxt evlənəcəksən?”, “Sənin yaşıdların uşaq yiyəsidir” […]
Köhnə psixologiyası
Ö günki, ayaqqabı restavrasiyası statusuna şərh yazanların bir hissəsi öz köhnə ayaqqabısına əvəz tapa bilmir, ondan ayrılmaq istəmədiyi üçün, bərpa edib geyinir. Maraqlısı odur ki, bunu yazanlar kasıb da deyil. Hər bir əşyanın istifadə müddəti var, ayaqqabıların da. Bəzi istehsalçılar öz saytlarında bunu yazır. Məsələn, krossovkalar üçün 600 km məsafə göstərilir, çünki onun altlığı və […]
Hündürlük fobiya
Uşaqlıqdan hündürlük fobiyam vardı. 7 il əvvəl psixoterapevtin seanslarının birində onun səbəbini tapıb, həll etdik. Bir friendimin qonağı olanda yoxlamaq üçün 18-ci mərtəbədən aşağı baxdım… heç bir fobiya qalmamışdı. Hətta, ayaqlarımı atıb, balkonun kənarında oturmaq istəyirdim, evin sahibi qoymadı ki, «Məni poxa salma! Yıxılıb eliyərsən. Ondansa, gəl whisky içək.» Mən də atkaz edə bilmədim. Mən […]
Əvvəl özünə bax…
Övladlar valideynlərindən nümunə götürüb onları təkrar edir. Əgər valideyn uşağını tərbiyəsizliyə görə tənbeh edirsə, deməli özü də eynisidir. Sadəcə, öz gözündə şalbanı görmək istəmir. Mental genetika sübut edib ki, insanlar hər şeydə öz valideyn və əcdadlarını təkrar edir, həmçinin səhvlərində də. İndi təsəvvür edin ki, cəmiyyət niyə bu gündədir. Psixiatr köməyimiz olsun! Amin. Oğlumu heç […]
Diaqnoz
Sosial şəbəkələrdə gündəlik, baş verən hadisələrlə, məsləhətləri ilə hamıya yol göstərən influencerlər, bloggerlərə baxanda yazığım gəlir. Psixiatriyada buna «Missiyan missiyası sayıqlaması” (dünyanı, insanların xilas olmasında ilahi missiyası olmasını düşünən şəxs) diaqnozu verilir. Həmin adam ilhamı folloverlərindən alır. Onlar da məsləhət soruşanda, onu tərifləyəndə özünü İmam hiss etməyə başlayır. Kimsə onun fikri ilə razı olmayanda əsəbləşir, […]
Qurbanlar
Aparılan araşdırmalar aşkar edib ki, heç kimi olmayan xəstələr daha tez sağalır, ətrafında qohumları olan, ona qayğı göstərən çox adam olanlar isə daha uzun müddət xəstə olur. Səbəbi isə odur ki, tək olan özünə qulluq etmək məcburiyyətində olduğunua görə tez sağalmağa can atır. Ətrafında çox qayğı olanın isə o qədər də motivasiyası yoxdur, çünki, başına […]
Başmaqçı
Gənc vaxtlarımda english conversation qrupda olarkən, trener soruşdu ki, ”ofisdə telefonun dəstəyini götürəndə Mamedi telefona istəyirlər. Ona bunu necə deyəcəksiniz?” Biz də hamımız çətin cümlələr quraraq variantları dedik. O da gülüb, qayıtdı ki, amerikanlılar Mamedə baxıb, təbəssümlə deyərdi: “Mamed, phooone.” Bu qədər sadə. Niyə bu yadıma düşdü. Bizim uşaqlıqdan beynimizə yeridirlər ki, həyatda asan heç […]
Psixoloq olmaq
Arada postlar görürəm ki, filan Psixoloq/Psixoterapevt/Psixiatrın özünün milyon problemi var, başdan xarabdır, elə kömək eləsə özünə edərdi. Amma, bunu deyənlər bilmir ki, xoşbəxt, uğurlu, heç bir problemi (həmçinin pxisi) olmayan adam niyə psixoloq olsun ki?! Məhz problemlərin sayəsində yaxşı mütəxəssis yaranır. Atalar elə-belə deməyib ki, arağı ver arağçıya. #atalarsözü