Рубрики
Психология

Diaqnoz

Sosial şəbəkələrdə gündəlik, baş verən hadisələrlə, məsləhətləri ilə hamıya yol göstərən influencerlər, bloggerlərə baxanda yazığım gəlir. Psixiatriyada buna «Missiyan missiyası sayıqlaması” (dünyanı, insanların xilas olmasında ilahi missiyası olmasını düşünən şəxs) diaqnozu verilir.

Həmin adam ilhamı folloverlərindən alır. Onlar da məsləhət soruşanda, onu tərifləyəndə özünü İmam hiss etməyə başlayır. Kimsə onun fikri ilə razı olmayanda əsəbləşir, ona neprav olduğunu sübut etməyə çalışır, spor dərinə gedəndə hətta təhqirə keçir, bloka atır, nifrət edir.

Hər səhər oyananda özünə borc bilir ki, bu gün dünyanın xilas olmasında iştirak edəcək, gecə yuxuya getməmişdən öncə post, onlara olan like, kommentlər haqqında dərin düşünür, analiz edir, sonra yuxuya gedir.

Bir vaxtlar məndə bu xəstəliyin yüngül, başlanğıc halı var idi. Mən özümə haradasa ürək-dirək verə bilirəm ki, nə olmasa da ağır baş travması almışdım, sonra da dərin mənəvi travma. O vaxtlar psixiatra müraciət etdim, mənə bu diaqnozu təyin və müalicə etdi. Ondan sonra ağlım bolee-menee yerinə gəldi, başa düşdüm ki, dünyanı, insanlığı xilas etməyə dəyməz, çünki heç kim bunu istəmir, ancaq şikayət edir ki, ona yazıqları gəlsin, o da onları manipulyasiya edərək nəsə əldə eləsin. #gülbaşımıza

Dünyanı, insanları dəyişmək istəyən Peyğəmbərləri isə tarix boyu məhv ediblər.