Рубрики
Психология

Başmaqçı

Gənc vaxtlarımda english conversation qrupda olarkən, trener soruşdu ki, ”ofisdə telefonun dəstəyini götürəndə Mamedi telefona istəyirlər. Ona bunu necə deyəcəksiniz?” Biz də hamımız çətin cümlələr quraraq variantları dedik. O da gülüb, qayıtdı ki, amerikanlılar Mamedə baxıb, təbəssümlə deyərdi: “Mamed, phooone.” Bu qədər sadə. 

Niyə bu yadıma düşdü. Bizim uşaqlıqdan beynimizə yeridirlər ki, həyatda asan heç nə olmur, gərək çoxlu çətinliklər yaşayıb, əzablı yollarla gedəsən ki, uğura nail olasan. Ona görə də böyüyüb, şüuraltı ən çətin və əzablı yolları seçirik, halbuki həyatda asan seçimlər, şəkililər demiş “hayndı ağzıın içindədir” (yəni tam qarşında), amma onu görmək istəmirik. #gülbaşımıza

Şüuraltı çox kopoolu şeydir, insanı həyat boyu idarə edir. Öz şüuraltını görmək istəyirsənsə, mütəxəssisə müraciət et. Necə deyərlər, başına gələn başmaqçı olar.

Sincerely yours,
Başmaqçı