Atalar deyib ki, «xəsisin malı arvadının ikinci ərinə qalar.»
Təqdimat mərasimlərində ən başlıca faktoralardan biri –YEMƏKdir. Hər şey çox yaxşı təşkil edilsə də, yemək bərbad yaxud az oldusa, bütün effekt/əziyyət ölür. Hələ də bunu sahibkar və təşkilatçılar anlamırlar.
Mən dəfələrlə tədbirlər təşkil etmişəm, hər dəfə də hamı razı gedib və tədbirə tərif tərif dalınca gəlib. Həm yeməklər, həm də içkilər keyfiyyətli olub. Dəyəri də büdcəyə elə böyük təsir etmir.
Əgər hədiyyə müsabiqəsi edilirsə, o da dəyərli olmalıdır. Yoxsa bloknot-qələm-fleşka-ucuz kepka heç kimə lazım deyil.
Məsələn, bir avtomobil təqdimatında Yandex Stansiya qazanmışdım. Geyim magazasının açılışında bahalı Jeans udmuşdum. Bunlar yaqqa qalır və brendə hörmət yaradır.
iBala! O qədər əziyyətin qabağında xəsislik edib, neqativ enerji toplamayın da! #gülbaşımıza