Xalq arasında məhşur olan və hər hansı bir insanın məntiq, düşüncə səviyyəsi və savadının olmamasına eyham olaraq «iki eşşəyin arpasını bölə bilmir» deyilir. Bəs 2 eşşəyin arpasını bölmək eləmi asandır? Bu yaxınlarda gözümə bir status keçdi, çox maraqlı yanaşmadır: İki eşşəyin arpasını bölmək, heç də göründüyü kimi asan iş deyil. Hər bir eşşəyin çəkisi, yaşı, […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Olimpia filmi
Dünən «Olimpia» bədii filminin nümayişi » oldum. Yaxşı aktyor oyunu və komandası, incə yumor, melodrama və reallığın əksini tapan filmdir. Təəsüf ki, prokatda uğursuz olub. Yaradıcıların etirafına görə PR məsələsində heç nə etməyiblər. Amma tezliklə TV-də və YouTubeda olacaq. Ən vacib isə filmdə rolları real aktyorlar ifa edir, blogger və müğənnilər deyil. Ona görə də […]
Əsgərlik xatirələri
Lənkərandayıq, bir hadisə yadıma düşdü. Bir nəfər danışırdı ki, sovet vaxtı əsgərlikdə olanda bir talış hissədən qaçmışdı, tutub geri gətirirlər, amma deyir ki, qalmayacağam, yenə qaçacağam. Nəsə, buna təklif edirlər ki, zəng elə ailənlə danış, sakitləş. Bir nəfər də azərbaycanlı çağırırlar ki, ona qulaq as tərcümə elə. O da ailəsi ilə talış dilində danışır, bu […]
Üzr istəmək
Azərbaycanda bir biznes sahə «baş qaldıran» kimi hamı cumur eyni zadı eləməyə. Amma, marketinq və müştəri razılığı mövzularından bixəbər olub, mütəxəssisə də pul verməkdə simiclik edən sahibkarlar nəticədə bazarı pox eliyir, özü də müflis olur. Karqo sahəsi indi həmin «inkşafı» yaşayır. Biri var, Amerikadan 1 aya gətirib çıxara bilmir. Soruşanda deyir ki, bizlik deyil, amma […]
Papanin kimdir?
Papanin küçəsini Bakıda tanımayan yaxud eşitməyən yoxdur. Özü də adı pis çıxıb. Soruşsan az-maz adam onun kim olduğu haqqında agah olar. İvan Papanin — inqilabçı-kommunist, alim və səyyah olub. Sovet dövründə yüksək vəzifələrdə işləyib, Elmlər Akademiyasının fəxri üzvü, Arktikanı araşdıran səyyah, Kontr Admiral, 2 dəfə Sovet ittifaqı Qəhrəmanı, çox sayda orden və medalla təltif olunub. […]
Psevdologiya nədir?
Bu psixoloji xəstəlikdir, özünə güvənin lap alt nöqtədə olan şəxslərdə başqalarının özünə qarşı hörmət qazanmaq üçün özü haqqında çox böyük yalan hadisələr uydurmasıdır. Yalan o qədər böyük olur ki, çox adam inanmamağa cürət belə etmir. Real üzünü gizlətmək üçün həmin şəxslər özlərinə çox əmin və güvənli olduğu kimi göstərir, amma bu özünüqorumadır. Bu şəxslər əsasən […]
Elektomobillərə 0% vergi
4 ildir Azərbaycan Avtomobil Dilerlər Assosiasiyasının və Azərbaycan Avtomobil Federasiyasının səyləri hədər olmadı. Nəticədə elektrik avtomobilləri öncə ƏDV, gələn ildən 15% gömrük rüsumundan azad olundu. 3 ilədək istehsal olan elektrik avtomobilləri gələn ildən 0%-lə (xırda ödənişlər xaric) Azərbaycana idxal etmək olacaq. Hökümət tərəfindən atılan vacib və təqdirəlayiq təşəbbüsdür. Əlbəttə bu kütləvi elektromobil idxalı olacağı demək […]
Atanşiklər
O gün bir tanışım deyir ki, «heşzad yazmırsan uje deyəsən? Sənin postlarını görmürəm.» Mən də ona Like nə olduğunu başa saldım. Bəziləri düşünür ki, kiməsə like atanda minnət edir. Amma, bütün sosial şəbəkələrin süni intelekti anlayır ki, hansı mövzular atanşikə maraqlıdır, yəni zövqünü və maraqlarını öyrənir. Ona görə də ona daha maraqlı olacaq statusları göstərməyə […]
Ayağıvı sındıraram (c)
Antonio Banderas qəzada ayağını sındırandan sonra peşəkar futboldan aktyorluq fəaliyyətinə keçdi və seks simvolu oldu. Xulio İqlesias da avtomobil qəzasından sonra ayaqlarını zədələdi. O, futbolçu karyerasından imtina etmək məcburiyyətində qaldı və Xəstəxanada vaxt keçirtmək üçün gitaranı, musiqi bəstələməyi öyrəndi və istedadlı müğənniyə çevrildi. Göründüyü kimi, ayaqların sınmasında sehrli nəsə var, ondan sonra insanlar həyatlarını dəyişdirir, […]
Ləlyaşka MMC
90-cı illərin sonunda bankda işləyəndə belə bir xəbər oxumuşdum: «Filankəs adlı sahibkar bankdan təsisçisi və direktoru olduğu «Ləlyaşka»MMC adına böyük məbləğdə kredit alaraq, ölkədən qaçıb.» O zaman mənə maraqlı gəldi ki, hansı bank sədri o firmaya böyük məbləğdə kredit verib?! #gülbaşımıza