Рубрики
Экономика

Üzr istəmək

Azərbaycanda bir biznes sahə «baş qaldıran» kimi hamı cumur eyni zadı eləməyə. Amma, marketinq və müştəri razılığı mövzularından bixəbər olub, mütəxəssisə də pul verməkdə simiclik edən sahibkarlar nəticədə bazarı pox eliyir, özü də müflis olur.

Karqo sahəsi indi həmin «inkşafı» yaşayır. Biri var, Amerikadan 1 aya gətirib çıxara bilmir. Soruşanda deyir ki, bizlik deyil, amma gələcək. Müştəriyə yazıb üzrhaqlıq etmir. Müvəqqəti olsa, anlamaq olar, amma 4 aydır eyni şey baş verir Ay Sahibkar, axı bu qədər rəqabətə necə işləyəcəksən axı?! 2ci dəfə istifadə etmək istəməyəcək, müştərini itirirsən, ay dilbilməz.

O birisi email yazır ki, siz istədiniz, biz elədik və müştəriyə sərfəli olmayan dəyişiklik edir. Yəni qiymət yüksələcək, amma bu bəd xəbəri elə minnetlə yazır ki, elə bil müştəri gəlib gözlərindən öpəcək.

Üzr istəmək çox effektli alətdir, həm biznesdə, həm həyatda.

Sonra da şikayət olunur ki, qoymurlar işləməyə. #gülbaşımza