Рубрики
Психология

Psevdologiya nədir?

Bu psixoloji xəstəlikdir, özünə güvənin lap alt nöqtədə olan şəxslərdə başqalarının özünə qarşı hörmət qazanmaq üçün özü haqqında çox böyük yalan hadisələr uydurmasıdır. Yalan o qədər böyük olur ki, çox adam inanmamağa cürət belə etmir. Real üzünü gizlətmək üçün həmin şəxslər özlərinə çox əmin və güvənli olduğu kimi göstərir, amma bu özünüqorumadır.

Bu şəxslər əsasən həmsöhbətinin danışdığı yaxud maraqlı olduğu mövzunu götürərək onu özünün həyatında buna bənzər, lakin ondan daha böyük və qalmaqallı hadisəni uyduraraq danışır.

Bunu bilmək üçün onun üzünü izləyərək lazımdır, yalanı beynində yaratdığı zaman gözlərini sağ və yuxarı yönəldir. Bu bədən dilidir və onu dəyişmək mümkün deyil.

Bu xəstəliyin səbəbi uşaqlıq travmalarından yaranır. Valideynlər tərəfindən sərt tənqid olunan uşaq öz fantaziyalarını qurmağa başlayır, böyüyəndə isə bu patoloji yalana çevrilir. Çox zaman bu adamlar dələduz olurlar. Çünki həmin şəxslərin beyni normal adamdan kiçik olur, ona görə də işgüzarlıq və yaradıcılıq onlardan uzaq durur.

Mənə belələri çox rast gəlib. Bəs sizin?