Рубрики
Мнение

2 eşşəyin arpasını bölə bilərsən?

Xalq arasında məhşur olan və hər hansı bir insanın məntiq, düşüncə səviyyəsi və savadının olmamasına eyham olaraq «iki eşşəyin arpasını bölə bilmir» deyilir.

Bəs 2 eşşəyin arpasını bölmək eləmi asandır?

Bu yaxınlarda gözümə bir status keçdi, çox maraqlı yanaşmadır:

İki eşşəyin arpasını bölmək, heç də göründüyü kimi asan iş deyil. Hər bir eşşəyin çəkisi, yaşı, gün ərzində gördüyü işin həcmi, yandırdığı kalori miqdari nəzərə alınmalıdır. Çox zaman səhv olaraq düşünülür ki, əldə olan arpanının 50%-i birinə, 50%-i isə digərinə verilməlidir. Bu çox səhv, hətta sovet bərabərçiliyi ruhunda olan yanaşmadır. Belə yanaşma eşşəklərdə daha yaxşı çalışma stimulunu öldürür. Bəzən elə olur ki, eşşəklərin sahibi öz şəxsi, subyektiv yanaşmasından, hansı eşşəyin ona daha xoş gəlməsindən asılı olaraq, əldə olan arpanın çox hissəsini öz fovorit eşşəyinə verir, beləliklə də ədalətsiz bölgü olur, heç bir iş görməyən eşşək arpadan daha çox pay alır. Belə ədalətsiz bölgü digər eşşəkdə sahibinə qarşı qəzəb hissi yaradır və imkan düşən kimi öz sahibinə qoşa təpik vurmaqla ədalətsizliyə öz etirazını bildirir. Beləliklə iki eşşəyin arpasını bölmək çox məsuliyyətli işdir, bu iş ciddi bilik, bacarıq və ədalət hissi tələb edir.

Bu ifadənin yaranması bu misaldandir:
10 kq arpa var. Bu arpanı 3 və 7 kq-lıq vedrələrdən istifadə etməklə iki eşşəyin arasında tam yarı (5-5) necə bölmək olar?

Bəs siz 2 eşşəyin arpasını bölə bilərsiniz?