Prius — Yunan mifologiyasında taksi sürücülərinin tanrısı olub. Zevsə qarşı olub, qaydaları pozduğuna görə cəzalandırılaraq pravası alınıb. Dünən taksidə gedəndə radioda DJ Tural sual verib ki, yollarda nə sizə mane olur. Zəng edən sürücülərdə sadalayır və siyahıda həmişə «bu Priusdar bezdiriff» deyirlər. Prius sözü artıq necə gəldi sürən taksi simvoluna çevrilib. Bu hal Priusun imicini […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Avtomobil tarixindən anlar
Nə vaxtsa Rolls-Royce və Bentley birləşib, eyni avtomobilləri müxtəlif marka altında, RR konservativ, Bentley isə eyni avtomobili idmansayağı tərzdə təqdim edirdi. Satışların az olması onlara xərclərin azalmasına, yəni unifikasiyaya məcbur edirdi. Şirkətin sahibləri Britaniyalılar idi. Britaniyaləlar yaradıcılıqda çox bacarıqlı olsalar da, biznes managementdə o qədər uğurlu ola bilmirdilər. Almanlar isə əksinə çox dəqiqlik, yüksək texnologiya […]
Kostyum seçimi
Dəbli geyinməyi çox adam sevir, amma çox zaman düzgün seçim edə bilmir, fəşn konsultantlara isə pul verməyə əli gəlmir, internetdə də oxumur. Belə kişiləri tez-tez görürəm. Azərbaycanda kişilərin ortalama boyunun kiçik və əsasən dolu bədən olmasını nəzərə alsaq, bəzi dəbli sayılan əşyalar onları daha da alçaqboy göstərir. Məsələn, cüt yaxalı pencək, şalvarda manjet vizual olaraq […]
Bad news yaxud Bəd xəbər
Fevralın 15-dən etibarən xaricdən gələrkən mobil telefonları gömrükdə bəyan etmək məcburi olacaq. Bəyan edərkən onun İMEİ-si bazaya əlavə olunaraq, imei.az saytında qeydiyyat edərkən nəzərə alınacaq. Əks halda qeydiyyatdan keçməyəcək. Bu 28 Maydakı mağazaların və tap.az-da olan şəxs satıcıların cibdə, bəyanaməsiz şəkildə gətirilən telefonların satılmasının qarşının alınması üçün edilir. Amma, zərbə özü üçün gətirib işlədənlərə olacaq. […]
Öpüşmə səhnəsi. Başlanğıc…
«Əqrəb Mövsümü» serialı ekrana real danışıq tərzini və həyatda çox işlədilən bəzi söyüşləri gətirdi. Kimsə razı deyilsə, amerikan, türk, rus filmlərinə baxsın, orada normaldır. Hollivud filmlərinin hər cümləsində Fuck sözü olur. 11-ci seriyaya baxanda düşünürdüm ki, görəsən kim öpüşmə səhnəsini ilk edəcək ki, bir başlanğıc olsun. Bir də 12-də nə görsəm yaxşıdı?! Əməlli başlı… Yaxşı […]
Maraqlı fobiyalar
Elmə 300-dən çox fobiya məlumdur. Aralarında maraqlı olanlarda var. Məsələn… Kaliqinefobiya (venustrafobiya) — gözəl qadın fobiyası. Bu uşaqlıqda, gənclikdə oğlana aşiq olduğu gözəl qız pis və rezki otval verəndə ola bilər. Qamofobiya — nigah fobiyası. Yenə də ailədən uşaqlıqda yaranır, əsasən də analar tərəfindən. Qravidafobiya — hamilə qadın fobiyası. Həm qadında, həm kişidə olur. Penterafobiya […]
Paradoks
Azərbaycanda parodoksal çox şey var. Amma, bunu heç başa düşmürəm:Oğlanın anası qızı özü seçir, oğlunu onunla evlənməyə məcbur edir, sonra həmin qız-gəlinlə iğtişaş edir, yola getmir, zəhləsi gedir, nifrət edir, sonra da oğlunu boşadır. Oğlan da qalır arvad və ana arasında. Yuxarı tüpürür bığdır, aşağı tüpürür saqqal. Bığ-saqal da indi kişi xeylaqlarının arasında moddur. #gülbaşımıza
Bəhram səhv deyir?
Sadəcə onu anlayan azdır, yaxud anlamaq istəmir. Biz Bəhramla həmyaşıdıq və gözümüzü açanda kənddən Bakıya gələnlərin şəhər həyatına, qaydalarına, ənənələrinə uyğunlaşmasını görmüşük. Onlar təhsil alıb, yeni həyat qururdular. İndi Bakı əhlinin böyük hissəsi həmin adamlardır. O da onu nəzərdə tutur, sadəcə çox adam anlamadan, onu tənqid, bəziləri isə təhqir edir. O zaman kənddən şəhərə ali […]
Bir sual, bir cavab
Uzun illər öncə Ermenegildo Zegna markasının ilk butikinin açılışında italyanlarla mağazada qısa press konfrans zamanı jurnalistlərdən biri belə sual verdi:— Bilirsiniz ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Sizcə «Ermənigildə» adının Bakının mərkəzi küçəsində asılması siyasi baxışdan nə qədər döğrudur? Hamımız təəccübləndik ki, nə qədər «hazırlıqsız» olasan ki, belə sual verəsən. Əlbəttə, İtalyanlara bu sualı tərcümə etməyə […]
Soyuqlar düşdü
Soyuqların düşməsi ilə əlaqədar yadıma düşdü ki, dağlarda covğundan qorunmağın ən təhlükəsiz yolu onu qarın altında keçirməkdir. İki və çox adam olduqda, çılpaq soyunub, bir-birinə sığınaraq, qucaqlaşaraq isti əşyaların altında sağ qala bilərlər. Bədən istisi hamını qızdıracaq. Hətta yuxuya getsələr də sağ qalacaqlar. Amma, tək olanda donmaq riski çox yüksəkdir. Düşünürəm ki, şaxtanın başlaması ilə […]