Dəbli geyinməyi çox adam sevir, amma çox zaman düzgün seçim edə bilmir, fəşn konsultantlara isə pul verməyə əli gəlmir, internetdə də oxumur. Belə kişiləri tez-tez görürəm.
Azərbaycanda kişilərin ortalama boyunun kiçik və əsasən dolu bədən olmasını nəzərə alsaq, bəzi dəbli sayılan əşyalar onları daha da alçaqboy göstərir.
Məsələn, cüt yaxalı pencək, şalvarda manjet vizual olaraq boyu kiçildir. Onsuz da bəstəboy olan kişinin daha kiçik görünməsi heç də yaxşı amil deyil. Psixologiya ərz edir ki, hündür boylu kişilərə daha çox diqqət, etibar yaradır. Həmçinin hündür rəhbərlərə işçilər daha çox tabe olur.
Ən yaxşı seçim heç vaxt moddan düşməyən klassikadır. #mensfashion
P.S. Mənim boyum 180 olsa da, nə double breasted suit (cüt yaxa kostyum, двубортный костюм) nə də jiletli kostyum (troyka) geyinmirəm.
Həftə sonuna gərək ətraflı məqalə hazırlayım. Kişi modası haqqında autograph.az onlayn jurnalında oxuya bilərsiniz.
Foto Əhməd Məmmədli
Рубрики