Рубрики
Мнение

Bəhram səhv deyir?

Sadəcə onu anlayan azdır, yaxud anlamaq istəmir.

Biz Bəhramla həmyaşıdıq və gözümüzü açanda kənddən Bakıya gələnlərin şəhər həyatına, qaydalarına, ənənələrinə uyğunlaşmasını görmüşük. Onlar təhsil alıb, yeni həyat qururdular. İndi Bakı əhlinin böyük hissəsi həmin adamlardır. O da onu nəzərdə tutur, sadəcə çox adam anlamadan, onu tənqid, bəziləri isə təhqir edir.

O zaman kənddən şəhərə ali təhsil almaq üçün gəlirdilər, yəni savadlı, oxumuş adamlar, inkşaf edib, keryera qurmaq üçün. Hamı anlayırdı ki, oxuyub diplom almasan heç nəyə nail ola bilməyəcəksən, yəni pul qazanıb yaxşı yaşamaqdan kənar qalacaq. Təhsili olan adam mədəni olur, qanunlara, insanlara hörmət edir.

İndi nə baş verir? Kənddən şəhərə iş axtarmağa gəlirlər, taksi sürücüsü, fəhləliyə, yəni oxumamış, savadı olmayan adamlar. Sovet qurumun dağılmasından 32 il keçir, hər şey dəyişib. Bu 30 il ərzində elə bir zamanda böyüyüblər ki, “Cunqliya qanunları” olub. Kobudluq, zorakıllığa daha çox dəyər verilib, təhsil isə verilməyib.

Kənddən gələnlər şəhərə inteqrasiya üçün gəlmirlər, müvəqqəti iş tapmaq üçün gəlirlər. Bakı bezrazmer deyil, aralarında rəqabət yüksəkdir. Pis və çətin həyatdan isə insan vəhşiləşə də bilər, o da mədəniyyətsizliyə, digərlərinə hörmətsizliyə yol açır.

Atalar da deyib ki, düz söz adamı yandırır.

P.S. Mədəniyyətsiliyin, zorakılığın bir səbəkarı da trafik dalınca qaçan mediadır.