Рубрики
Моя работа

Avtomobil tarixindən anlar

Nə vaxtsa Rolls-Royce və Bentley birləşib, eyni avtomobilləri müxtəlif marka altında, RR konservativ, Bentley isə eyni avtomobili idmansayağı tərzdə təqdim edirdi. Satışların az olması onlara xərclərin azalmasına, yəni unifikasiyaya məcbur edirdi. Şirkətin sahibləri Britaniyalılar idi.

Britaniyaləlar yaradıcılıqda çox bacarıqlı olsalar da, biznes managementdə o qədər uğurlu ola bilmirdilər. Almanlar isə əksinə çox dəqiqlik, yüksək texnologiya və keyfiyyətlə fərqlənirlər.
Elə o illərdə BMW AG batmaq üzrə olan Rover-i 1 pound sterling qiymətinə əldə edir. Qeyd edim ki, Rover qrupunda Rover, Land Rover, Range Rover, MG və Mini markaları var idi. Almanlarda onları optom 1 funta alaraq 1 milyard dollar investisiya edir ki, bu tarixi markanı canlandırsın. Amma, ingilis managemant şirkət zərərli olsa da özlərinə milyonlarla bonus yazırlar. Almanlar da bezib, Land Roveri Forda satır, Mini markasını özlərinə götürüb, qalanını «küçəyə atır».

Sonradan Mini markası altında köhnə modelin dizaynında amma müasir görünüşlə, yeni texnologiya ilə çox uğurlu avtomobil istehsal etməyə başlayırlar. Land Rover-in texnologiyalarını daha da inkşaf etdirərək 90-cı illərin ən uğurlu modeli olan X5 təqdim olunur. Faktiki SUV sinifninin əsası qoyulur. Yüksək keçimli amma asfalt üçün, komfort və markaya məxsus stildə avtomobil yaradırlar. Ondan əvvəl markanın bu sinifdə avtomobili olmamışdı. Model o qədər uğurlu olur ki, rəqiblər də ona bənzər avtomobillər yaratmağa başlayır, amma X5 ilk olduğu üçün yüksək satış edərək, bazarın qaymağını yığır.

Elə həmin illərdə BMW Rolls Royce Bentley ilə razılaşaraq, 7-ci seriyanın mühərriki, sürətlər qutusu və elektronikasını tədarük edir. Artıq RR-Bentley öz ənənəsinə xəyanət edərək daha aşağı həcmli mühərriklə satılır. Almanlar əməkdaşlıq müddətində RR-Bentleyə gözü düşür və onu almağı planlaşdırırlar ki, marka portfelini genişləndirib Mercedes-Benz-in Maybach modelinə rəqib yaratsınlar.

Amma sən saydığını say, gör ingilislər nə sayır. İngilislərin fransızlarla yanaşı almanlardan da zəhləsi getdiyinə görə bu razılaşmanı bloklayırlar ki, bu nədi, almanlar Britaniya avtopromunu ələ keçirdirlər. Sonradan görürlər ki, zavod zərərlidir, ona görə onu hərracda satmağa qərar verirər. Nəticədə VW və BMW öz aralarında razılığıa gələrək şirkəti alıb, bölürlər. BMW Rolls-Royce markasını, VW isə Bentley, onun bütün zavod və əmlakəna sahib olur. Məhz bu markaların almanların əlinə keçməsi sonradan uğurlu, müasir və mənfəətli avtomobillərin yaranmasına səbəb olur.

BMW 0-dan yerin üstündə park, altında isə zavod tikir, yeni RR modeli yaradır. Məhz ilk və uğurlu model — Phantom olur. Bu yaxınlarda isə biz onun 2-ci nəslinin təqdimatında olduq.

Biznesdə ən başlıca məsələ mənfəətdir. Əgər o yoxdursa, biznesi başarana vermək lazımdır. Rover şirkəti nə vaxtsa uğurlu olsa da, zamanla ayaqlaşa biləməmişdirlər. Amma, onu parçalayıb hər markanı əldə edən onlara yeni nəfəs verib. Hətta çinlilərə nəsib olan MG (Keçmiş Rover) markası da yeni modellərlə uğurlu biznes model qurmağa nail olub. Jaguar və Land Rover də Hindistanlıya nəsib olduqdan sonra çox irəli getdi.

Takşto, atalar elə belə deməyib ki, çörəyi ver çörəkçiyə.