Məncə onnan ailəvisi yoxdur. Valideynlər uşaxlarını həftəsonu ora aparıllar. Mən də hərdən ora qəhvə üçün gedirəm, özü də qara qəhvə üçün. Mejduproçim, onların içkiləri yaxşıdır, hamburqer-mamburqer yemirəm, mənniy döyül. Qəhvə 2.10 manat. Vapşe ta, yaxşı dvorik eliyiblər, xoşuma gəlir, xüsusi ilə də kruqlı stol, üz-üzə oturub sööbət eləmey rahatdır. Bu reklam filan deyil, sadəcə Davudnan qəhvələyirdik, […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Facedə baxıram ki, biri gülməli status yazır, hamı comment yazıb şənlənir. Bir də görürsən, yumor hissi olmayan biri ortaya çıxır ki, mən sizdən ağıllıyam, və müəllifi təkzib edir. Hamı da qalır ablom. Belələrinə xalq arasında Ablomşik deyib, onun haqqında bir neçə mədəni ifadə düşünürlər.
Bir dəfə bir işadamı ilə tanış oldum. 17 yaşındakı oğlu haqda danışırdı. Deyir «Axşam evə gəldi ki, Papa, mən dostlarımın yanında utanıram. Mən Audi Q7-də onlarla görüşə gedirəm. Onlar isə Porsche, Bentley, Range Rover-lərdə gəlirlər. Noolar, mənə Porsche Panamera al da. Mən də dedim ki, mənim dədəm Porsche sürüb ki, mən də sənə alım?! Sonra […]
Zuleykha.az jurnalı üçün müsahibə. 13 sentyabr 2016-cı il
Zibilə düşdük
Əziz Əliyev küçəsində işıqforda dayanmışıq. Su şüşəsini səkidəki zibil qabına atmaq üçün maşınından çıxıb zibil yeşiyinə yaxınlaşıb atdım. Öndəki Maşınlar sakitcə hərəkətə başlayıb 10 metr getdilər. Bu an məni arxa maşınlarda görüb başladılar siqnal verməyə. Hamının o qədər xoşuna gəldi deyə düşündüm. Amma niyə sonra 10 metrəni bu qədər əsəbi sürmələri mənə anlaşılmaz qaldı. Yəqin […]
Bayramınız mübarək!
Xalqarası belə bir deyim var: «Qurbanın qoyun olsun!». Nə deyirəm ki, Amin. Təki pula görə qurbanlıq dost, yoldaş, şərik və ümumiliklə insanlar olmasın. Amma öz aramızdır, qoyuna paltar geyindirib qurban verən insanlara müraciət edirəm ki, heç olmasa geyimdirmisiz, toy zatda eləyin ki, arzusu ürəyində qalmasın. Qoyun olanda noolar, bəs sizin adamlığınıza nə gəlib?!
2 Dollar
Bir neçə ildən sonra mən bu 2 dolları manata çevirib, mənzil və maşın alacaq, hələ bəlkə gözəl-göyçək qızla da evlənib böyük toy edə biləcəyəm. Belə getsə… Ümidim bu 2 dollarlıq əzkinazadır. Deyirlər, xeyir gətirir.
Azərbaycansayağı turizm
— Gedək dağa qalxaq, orda yaxşı restoran var. Göy gölün ətrafında mənzərəli yerdə yaxşı yeyib içmək üçün obyektlər var. — Bəs aktiv dincəlmə necə?— Ləzətti çayxana da var. Öz aramızdı Gəncə mətbəxi super puper dadlıdır. Elə təndir çörəyi ilə qaymağ nəyə desən dəyər.
Bu atalar sözünü azərbaycanlı valideynlər əsl mənasında anlayırlar, yəni başa düşürlər. Özüdə, döyəndə tək qızını deyil, həm də oğlunu döyür. Həmin uşaqlarda böyüyüb öz qızını döyür. Axı adət ənənə var… vacib şeydir. Əvəzində valideynlər, uşaqlarına istədiyini verir və özündən asılı edir. Çünki, həmin adət ənənəyə görə UŞAX böyüyün sözü ilə ali məktəbə gedir, rüşvət verib […]
Hakimlə söhbətim var idi, məhkəmə işlərinə baxırdı. Mən də onların bitməsini gözləyirdim. Demək olar ki, işlərin 80% banklardakı kreditlə bağlıdır. Böhranla əlaqədar ödənilə bilmir və banklar da ikiqat faiz hesablayırlar. Onsuz da aşağı olmayan faizlər kəllə çarxa çıxır. Əmlakları alınır və «su qiymətinə» satılır. Böhran sistemin yanlış olduğunu əyani göstərdi. Hər şey neftə bağlı idi. […]