Bir dəfə bir işadamı ilə tanış oldum. 17 yaşındakı oğlu haqda danışırdı. Deyir «Axşam evə gəldi ki, Papa, mən dostlarımın yanında utanıram. Mən Audi Q7-də onlarla görüşə gedirəm. Onlar isə Porsche, Bentley, Range Rover-lərdə gəlirlər. Noolar, mənə Porsche Panamera al da. Mən də dedim ki, mənim dədəm Porsche sürüb ki, mən də sənə alım?! Sonra qızım yaxınlaşdı ki, Papa al da, axı uşaq utanır. Mən də qızıma heç vaxt atkaz eləməmişəm. Ürəyim dözmədi, aldım verdim o Panameranı.» — deyə fəxrlə hekayəsini bitirdi.
İndi yolda gələndə onu gördüm, həmin Audi Q7-ni sürürdü. Deyirəm, vsyotaki ata ürəyi başqa şeydi…