Рубрики
Мнение

Böhran

Hakimlə söhbətim var idi, məhkəmə işlərinə baxırdı. Mən də onların bitməsini gözləyirdim. Demək olar ki, işlərin 80% banklardakı kreditlə bağlıdır. Böhranla əlaqədar ödənilə bilmir və banklar da ikiqat faiz hesablayırlar. Onsuz da aşağı olmayan faizlər kəllə çarxa çıxır. Əmlakları alınır və «su qiymətinə» satılır. 

Böhran sistemin yanlış olduğunu əyani göstərdi. Hər şey neftə bağlı idi. Bəziləri də ərəb turistlərinə rişxəndlə yanaşır.